Seyf əl-Ərəb əl-Qəddafi () — Müəmmər əl-Qəddafinin yeddi oğlundan altıncısı.
Liviya rəhbərinin bu oğlu haqda geniş məlumat yoxdur. Onun Almaniyanın Münhen Texniki Universitetində təhsil aldığı məlumdur. 2011-ci il Liviya iğtişaşları zamanı atası tərəfindən Benqazidəki üsyanı yatırtmaq üçün göndərildiyi, lakin burada üsyançıların tərəfinə keçdiyi bildirilir.
2011-ci il aprel ayının 30-da NATO qüvvələrinin bombardmanı nəticəsində 3 övladı ilə birgə həlak olmuşdur.
İstinadlar
Kateqoriya:Dövlət başçılarının övladları
es:Muamar el Gadafi#Familia Gadafi Kateqoriya:Liviya vətəndaş müharibəsi (2011) iştirakçıları