Rəna Rüstəm qızı Əffəndi () — azərbaycanlı fotoqraf, quruluşçu rəssam.

Həyatı və fəaliyyəti Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Sərgi və layihələri 2006 Personal sərgi, 18-ci Beynəlxalq, Visa Pour L’image fotojurnalistika sərgisi, Perpinyan, Fransa 2006 Personal sərgi, Les Imagiques festivalı, Bordo, Fransa 2009 "Pipe Dreams" adlı fotokitab

Mükafatları 2004 "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya fondunun mükafatçısı, ABŞ. Azərbaycanda ilin fotorəssamı. 2005 World Press Photo-da ustad-dərslərin iştirakçısı 2006 "Getty Images" qrantı 2007 İnqe Morat premiyasının finalçısı, Magnum Photos, Fransa 2009 Magnum Fondu Qafqaz üzrə Fotoqraf mükafatı 2011 Prince Claus mükafatı 2011 Magnum Fondu qrantı

Filmoqrafiya Sahə (film, 2010)

Xarici keçidlər

Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Azərbaycan Fotoqraflar Birliyinin üzvləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanlı fotoqraflar Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:Qadın fotoqraflar Kateqoriya:XXI əsr Azərbaycan qadın rəssamları