Sandro Botiçelli () — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.

Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra gözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından götürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını, həmçinin Roma papasının iqamətgahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır.

Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "İlahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən gözəl nümunələrindən sayılır.

Əsərləri "Veneranın doğulması"

İstinadlar

Kateqoriya:İtaliya rəssamları Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:Fresko rəssamları Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:Kvattroçento rəssamları Kateqoriya:Florensiya rəssamları