Aleksandr Qreyam Bell (; ) — şotland mənşəli görkəmli alim, ixtiraçı, mühəndis və ilk real telefonun ixtiraçısı kimi tanınan novator. ABŞ-nin telekommunikasiya sahəsinin inkişafında əsas yeri tutan Bell Labs telefon şirkətinin qurucularından biri olmuşdur.
Bellin atası, babası və qardaşı natiqlik və nitq üzrə işlə əlaqəli olublar. Anası və həyat yoldaşı Bellin həyat təcrübəsindən dərindən təsirlənərək kar olmuşlar. Onun eşitmə və nitq ilə bağlı axtarışları gələcəkdə eşitmə cihazları ilə bağlı sınağa gətirib çıxartdı və nəhayət Bell 1876-cı ildə ABŞ-nin ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və öz fəaliyyətində telefondan imtina etmişdir.
Aeronavtika, hava yastıqları və optik telekommunikasiya kimi bir çox digər ixtiralar Bellin həyatının növbəti dönəmində qeyd olunub. 1888-ci ildə Bell Milli Coğrafiya Cəmiyyəti-nin yaradıcı üzvlərindən birinə çevrildi.
thumb|Aleksandr Bellin telefonun sınaq nümunəsini yoxlamadan keçirməsi (aktyor, 1926)
Erkən həyatı Aleksandr Bell 1847-ci ildə 3 mart tarixində Şotlandiyanın paytaxtı Edinburq şəhərində anadan olmuşdur. Ailə evi Cənubi Şarlotta küçəsi, 16 ünvanında idi və burada Aleksandr Qreyam Bellin doğum yerinin olduğunu nişan verən daş üzərində yazı mövcuddur. Onun iki qardaşı vardır: Melville James Bell (1845–70) və Edward Charles Bell (1848–67). Hər iki qardaşı vərəm xəstəliyindən vəfat etmişlər. Atası Professor Alexander Melville Bell, anası isə Eliza Grace olmuşlar. Baxmayaraq ki, o Aleksandr olaraq doğulmuşdur, 10 yaşında ikən atasından hər iki qardaşı kimi orta adının olmasını tələb etdi. 11 yaşı olarkən, doğum günündə atası könülsüz razılaşdı və ona Graham orta adını götürməyə icazə verdi, lakin yaxın qohumlara və dostlara atasının onu bütün həyatı boyu çağırdığı "Alek" olaraq qaldı.
İlk ixtirası Aleksandr Qreyam Bell hələ uşaqlıqdan ətraf aləmə böyük maraq göstərirdi. O, erkən yaşlarından botanika nümunələri toplayır və müxtəlif təcrübələr aparırdı. Onun ən yaxın dostu qonşuluqda yaşayan və ailəsi un dəyirmanı işlədən Ben Herdman idi. Bir gün Benin atası Con Herdman oğlanlardan faydalı bir iş görmələrini istədi. Alek dəyirmanda hansı işin görülməsinə ehtiyac olduğunu soruşduqda, ona buğdanın qabığından ayrılmasının çətin və zəhmətli proses olduğu bildirildi. Bell bu işi asanlaşdırmaq üçün fırlanan avarları dırnaq fırçaları ilə birləşdirən sadə qurğu hazırladı. Qurğu dəyirmanda istifadəyə verildi və uzun illər işlədildi. Bunun müqabilində Con Herdman hər iki oğlana ixtiraları üzərində işləmələri üçün dəyirmandakı kiçik emalatxanadan istifadə etməyə icazə verdi.
Erkən yaşlarından anası tərəfindən musiqiyə, poeziyaya və incəsənətə ruhlandırılan Bell, istedad və həssas təbiət nümayiş etdirdi. Rəsmi məşqlərə qatılmadan, o, pianoya yiyələnə bildi və ailənin pianoçusuna çevrildi. Sakit və özünü analiz edən biri kimi görünməsinə baxmayaraq, o, mimikalarda şən idi və ventriloquismə (səsin danışıq üzvlərindən kənar bir yerdən gəlməsinin zənn edilməsi) bənzər "səs fəndləri" nümayiş etdirərək nadir hallarda evlərinə gələn qonaqları əyləndirirdi. Bell həmçinin anasının tədrici karlığından dərin təsirlənmişdi, (onun 12 yaşı olanda anası eşitmə qabiliyyətini itirməyə başladı) bu səbəblə əl-barmaq dilini öyrəndi və beləliklə də anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə anasına bu şəkildə izah edirdi. O, həmçinin təmiz nitq texnikasını da inkişaf elətdirdi. Bellin anasının karlığı ilə bağlı qayğısı onu akustikanı öyrənməyə gətirib çıxartdı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ fizikləri Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ pedaqoqları Kateqoriya:Aviasiya qabaqcılları Kateqoriya:Kanada iş adamları Kateqoriya:Kanada pedaqoqları Kateqoriya:Maşınqayırma mühəndisləri Kateqoriya:Milli Coğrafiya Cəmiyyəti Kateqoriya:Şotlandiya fizikləri Kateqoriya:Şotlandiya ixtiraçıları Kateqoriya:Telefoniya Kateqoriya:Telekommunikasiya tarixi