Mirzə İsmayıl xan Əliəkbər xan oğlu Mümtazəddövlə (1880-1933) — İranın dövlət xadimi, nazir, hüquqşünas, birinci İran parlamentinin əsasını qoyan şəxslərdən biri və parlamentin IV spikeri.
Həyatı
Mirzə İsmayıl xan Əliəkbər xan oğlu 1880-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1933-cü ildə 53 yaşında olarkən ürək tutmasından vəfat etmişdir.
Təhsili İbtidai təhsilini doğma şəhərində, ali hüquq təhsilini İstanbul şəhərində almışdır.
Fəaliyyəti İran Dövlət Departamentində işləmişdir. Sonradan isə Azərbaycan Demokratik Respublikasında baş konsul olmuşdur. Daha sonra İstanbul şəhərində İran dövlətini təmsil etmişdir.
Mirzə İsmayıl xan Mümtazəddövlə 1906-cı ildə İran Milli Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdir. O, bir neçə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu tutmuşdur.
İran Konstitusiyasının müəlliflərindən biridir. Fransız dilini sərbəst şəkildə bilməsi və ixtisasca hüquqşünas olmaq İranın ilk konstitutsiyasının yazılmasında fəal şəkildə iştirak etməsinə səbəb olmuşdu. Konstitutsiyanı yazarkən Belçika konstitutsiyasından təsirlənmişdir.
Mənbə
Ənvər Çingizoğlu, Aydın Avşar, Məşhur avşarlar, Bakı, “Mütərcim”, 2014, 324 səh. Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax Səməd xan Mümtazəssəltənə
Xarici keçidlər William Morgan Shuster, The Strangling of Persia William Morgan Shuster#The Strangling of Persia
Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İran nazirləri Kateqoriya:İranın ədliyyə nazirləri Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Mümtazlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri Kateqoriya:XX əsr İran siyasətçiləri