Ayşvariya Ray () — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi.
Həyatı 250px|thumbnail|Abhişek Baççan (sol) və Ayşvariya Ray Baççan (sağ), 2010.
Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır.
Fəaliyyəti "Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxladılar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olmuşdur. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat almışdır. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar almışdır.
2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunmuşdur. Tərəf müqavili Şahrux Xan olan bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edildi və Ayşvariya Rayın bir aktrisa kimi püxtələşdiyini sübut etdi. Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilmişdir.
2004-cü ilə ilk ingilisdili filmdə — "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başladı. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.
Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər.
Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamil və urdu. Loreal, Coca-Cola və DeBeers brilyantlarının simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera −2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.
Filmoqrafiya
İl Film Filmin orijinal adı Dil Rolu Qeydlər 1997 Duet (film, 1997) Iruvar Tamil Puşpavalli / Kalpana 1997 Onlar bir-birini sevirlər(film, 1997)Aur Pyaar Ho Gaya Hindi Aşi Kapur 1998 Cins (film, 1998) Jeans Tamil Madhumita 1999 Gəlin, geri dönək (film, 1999) Aa Ab Laut Chalen Hindi Puca 1999 Mən həmişəlik səninəm (film, 1999)Hum Dil De Chuke Sanam Hindi Nandini Filmfare Ən Yaxşı Aktrisa 1999 Ravoyi ChandamamaRavoyi Chandamama Teluqu Xüsusi olaraq dəvət olnunub 1999 Ritm (film, 1999)Taal Hindi Mansi Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2000 İnsaflı (film, 2000) Mela Hindi Çampakali Qonaq oyunçu 2000 Mən onu tapdım (film, 2000) Kandukondain Kandukondain Tamil Minakşi Bala 2000 Çılğın (film, 2000) Josh Hindi Şirli 2000 Mənim ürəyim sənin üçün döyünür (film, 2000) Hamara Dil Aapke Paas Hai Hindi Priti Virat Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2000 Sevgi haqqında bir neçə söz (film, 2000) Dhaai Akshar Prem Ke Hindi Sahibə Qrival 2000 Aşiqlər Mohabbatein Hindi Meqha Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa 2001 Sərxoş (film, 2001) Albela Hindi Sonia 2002 Mən artıq ürəyimi vermişəm, əzizim (film, 2002) Hum Tumhare Hain Sanam Hindi Suman Qonaq oyunçu 2002 Bizim sahibimiz yoxdur (film, 2002) Hum Kisi Se Kum Nahin Hindi Komal Rastoqi 2002 23 mart 1931: (film, 2002) 23 March 1931: Shaheed Hindi Xüsusi olaraq dəvət olunub 2002 DevdasDevdas Hindi Parvati (Paru) Filmfare Ən Yaxşı Aktrisa 2002 Güc (film, 2002)Shakti: The Power Hindi Özü "Ishq Kamina" musiqisi üçün dəvət olunub 2003 Göz ilə qum (film, 2003) Chokher Bali Benqal Binodhini 2003 Qəlbin əlaqələri (film, 2003) Dil Ka Rishta Hindi Tia Şarma 2003 Heç nə deməyin (film, 2003) Kuch Naa Kaho Hindi Namrata Şrivastav 2004 Gəlin və mənfi rəylər (film, 2004) Bride & Prejudice İngilis Lalita Bakshi 2004 Uniforma (film, 2004) Khakee Hindi Mahalakşmi 2004 Bax indi nələr baş verəcək (film, 2004) Kyun…! Ho Gaya Na Hindi Diya Malhotra 2004 Yağışda görüş (film, 2004) Raincoat Hindi Nirca Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2005 Söz (film, 2005) Shabd Hindi Antara Vaşist — Tammana 2005 Bunti və Babli (film, 2005) Bunty Aur Babli Hindi "Kajra Re" musiqisi üçün dəvət olunub 2005 Ədviyyatların şahzadəsi (film, 2005) Mistress of Spices İngilis Tilo 2006 Umrao Caan (film, 2006) Umrao Jaan Hindi Umrao Caan 2006Baykerlər 2 Dhoom 2 Hindi Sunehri Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2007 Quru (film, 2007) Guru Hindi Sucata Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2007 Səbəb (film, 2007) Provoked İngilis Kirancit Ahluvalia 2007 Sonuncu legion The Last Legion İngilis Mira 2008 Codxa və Əkbər (film, 2008) Jodhaa Akbar Hindi Mariam-uz-Zamani — Codxa Bay Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa 2008 Sarkar Raj Hindi Anita Rajan 2009 Çəhrayı Panter 2 (film, 2009) The Pink Panther 2 İngilis Sonia Solandres 2010 Pis adam Raavan Hindi Ragini Sharma 2010 İblis Raavanan Tamil Ragini Subramaniam Dubbed into Telugu as Villain 2010 Enthiran Tamil Sana 2010 Yenidən birlikdə (film, 2010) Action Replayy Hindi Mala 2010 Yalvarış Guzaarish Hindi Sofiya D'Souza Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
İstinadlar
Xarici keçidlər
Ayşvariya Ray Ayşvariya Ray — bioqrafiya rusca Айшвария Рай — индианка, покорившая Голливуд Ayşvariya Ray — necə ulduz olmaq olar aishwarya-spice.com/
Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Miss Dünya qalibləri Kateqoriya:XXI əsr aktrisaları