Aşıq Sakit Köçəri — aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı 1943-cü ildə Dağıstan MR Axtı rayonunun Xnov kəndində anadan olub.

1979–1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb.

Aşıq Sakit Köçəri Aşıq Şəmşirin sonuncu şəyirdi olub. Həm də yaradıcı aşıq olmuşdur.

Dərbənddə müəllim işləmişdir.

O, ömrünün sonlarını Dərbənddə yaşamış və orada vəfat etmişdir.

20 aprel 2010-cu ildə Dərbənd şəhərində vəfat etmiş və Şəkidə dəfn olunmuşdur.

Kitabları "Dünyanı yenə bilsən" 1997 "Belə ustad olammazdı" 2007 "Dağların səsi" 2007

Mənbə Füzuli Ramazanoğlu, "Aşıq Sakit Köçəri", Dünya qəzeti. 28 yanvar 2011-ci il. № 32–33, səh.6. Qiymət Məhərrəmli. "Sakit aşıq, alovlu şair — Aşıq Sakit Köçəri", Elimiz. Günümüz qəzeti. aprel 2011-ci il. № 04(29), səh.16.

Həmçinin bax Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə), ensiklopedik məlumat kitabı, "Nurlar", Bakı, 2011.

Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Dağıstanda doğulanlar Kateqoriya:Dağıstanda vəfat edənlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Pedaqoqlar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Şəkidə dəfn olunanlar