Lyu Syaobo (Sadə Çin dilində: 刘晓波; Ənənəvi Çin dilində: 劉曉波; ) — Çinli intellektual və insan haqları müdafiəçisi. 2010-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür.

Həyatı Lyu Syaobo, Çində demokratiya, insan haqları müdafiəçilərinin qabaqcıllarından biridir. Müxalif düşüncələri və fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs olunub. ABŞda olmasına baxmayaraq 1989-cu ildə ölkəsinə qayıtmış, 1989-cu il Tyananmen meydanı hadisələrinə də qoşulmuşdu. Müstəqil Çin PEN Mərkəzinə 2003-cü ildən bəri başçılıq edən Lyu Syaobo 8 dekabr 2008-ci il tarixində 303 çinli intellektualla birlikdə imzaladığı Çinin demokratikləşməsini təklif edən 08 sazişi səbəbilə nəzarətə alınmış, 23 iyun 2009-cu il tarixində də 11 illik həbs cəzası almışdır. Lyu Syaobo Nobel Sülh mükafatını həbsxanada ikən qazanmışdır.

Nobel Komitəsi tərəfindən 2010-cu ilin Nobel Sülh mükafatına layiq görülən Syaobonun bu mükafatı almasının səbəbi, "Çindəki təməl insan haqları uğrunda icra etdiyi şiddət əleyhdarı və uzun nəfəsli mübarizəsi" olaraq izah edilmişdir.

Syaobo 13 iyul 2017-ci ildə 61 yaşında Şenyan şəhər xəstəxanasında qaraciyər xərçəngindən vəfat edib.

Xarici keçidlər Nobel Sülh Mükafatına

İstinadlar

Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Çin dissidentləri Kateqoriya:Qaraciyər xərçəngindən ölənlər Kateqoriya:Mükafatlandırma mərasimində iştirak etməyən Nobel mükafatı laureatları Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:Kolumbiya Universiteti şəxsləri Kateqoriya:Oslo Universitetinin müəllimləri Kateqoriya:Antikommunizm Kateqoriya:Çin yazıçıları