Sadıq Cəfər oğlu Şükürov () — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, filologiya elmləri doktoru, professor.

Həyatı Ermənistan Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Filoloğiya elmləri doktoru, professor idi. Gəncə Dövlət Uiversitetində işləmiş, 2002–2011-ci illərdə "Azərbaycan ədəbiyyatı" kafedrasının müdiri olmuşdur. O, alim-ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyət göstərmiş, Gəncənin tarixi abidələri, maarifi ilə bağlı xeyli sayda araşdırmalar aparmışdır.

500 elmi məqalə, 30 kitab müəllifi idi.

Əsərləri

Komsomol və poeziya. Bakı: Gənclik, 1969. Hacıkərim Sanılının ədəbi və pedaqoji fəaliyyəti. Bakı: Maarif, 1970. Qırılmaz əlaqələr. Bakı: Maarif, 1972. Orta məktəbdə tarixi poemaların təhlili. Bakı: Maarif, 1974. Gəncə məktəblilərinin tarixindən. Bakı: Maarif, 1990. Gəncəli Cavad xanın hekayəti. Gəncə: Gəncə, 1992. H. Əliyev. Dörd müsahibə (toplayanı, tərt. ed., müqəddimə və son sözyazanı. S.C. Şükürov). I kitab. Gəncə: [s.h.], 1995. H. Ə. Əliyev. Tarix, tarixdir (toplayanı, tərtib edəni, müqəddimə və son söz yazanı. S.C. Şükürov). II kitab. Gəncə: [s.h.], 1995. Gəncəli Vazehin nağılı: Tarixdən notlar. Gəncə: [s.h.], 2000. Millət atası (H.Əliyev haqqında). Bakı: Təhsil, 2000. İrəvanın birinci - əlinci xanı. Bakı: Nurlan, 2006. Nəriman Həsənzadənin dramaturgiyası. Bakı: Nurlan, 2007. Tarixdə yaşayan xatirələr. Gəncə: Əsgəroğlu, 2007. Nəriman Həsənzadənin yaradıcılığında estetika məsələləri. Bakı: CBS, 2009. Azərbaycan ədəbiyyatı: axtarışlar, tapıntılar və mülahizələr. Gəncə: [s.h.], 2010.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan ədəbi tənqidçiləri Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycanlı tənqidçilər