Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (, alefbâ-i torkî), eləcə də Əbcəd (), Azərbaycan Respublikasında rəsmi adı - Əski əlifba — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanları və Suriya türkmanları da işlədir. 200px|thumb|right|Rəsulzadənin qolu 200px|thumb|right|AXC-nin istiqlal bəyannaməsi 200px|thumb|right|Qövsi Təbrizinin şeiri. Ərəb yazı sistemi ilə Azərbaycan dilində yazılmışdır.
Əlifba Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), pə پ (P), və jey ژ (J). Buna əlavə, hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir. vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə bəzi xəttlərdə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür. Şeiriyyatda ən geniş işlənən və rəsmi sayılan xətt XIV əsrdə azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yeridilmiş Nəstəliq xəttidir ()S. Brent Plate, «Religion, art, and visual culture: a cross-cultural reader», Palgrave Macmillan, 2002. pg 93:"precision of tradition still allows for creativity, and there is a telling story of a famous Persian calligrapher, Mir Ali Tabrizi (died c. 1420 CE), ". Tarixdə başqa bilinən xəttlər: təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və başqalarıdır. Düz xəttlərdən də istifafə olunurdu. Elmi yazıları Nəsx xətti () ilə yazılırdı və sonra öz sadəliyi, rahat oxunuşu və rəvan yazılışına görə rəsmi sənədlərdə də yer aldı.Mətnşünaslıq. Bakı, «Tural-Ə Nəşriyyat-Poliqrafiya Mərkəzi», 2001, 15,7 ç.v. Sağdan sola yazıldığına görə yazanın əli sonrakı hissəni tutmur və buna əlin yerini dəyişdirməsi gec-gec olduğuna görə yazan daha gec yorulur. Bu yazı növü hətta Stenoqrafiyadan da tez yazılır və buna bəzi xəttlər daha da çox kömək edir. Həcminə görə bu əlifba ilə yazılanlar başqa əlifbalar ilə müqaisədə çox az yer tutur.
HərfSondaOrtadaBaşdaAdıLatınŞərhﺎﺍəlifa, ə, iSöz əvvəlində bildiyimiz A səsi məddə hərəkəli əlif ilə yazılır (آ): آلتی altı; sözün ortasında əlif ا uzun A səsini daşıyır (bildiyimiz a: və ya ā); söz səssiz samit ilə başlayarsa, məsələn, Sin ilə (س) özündə sait səs daşımazsa, bu halda onun əvvəlinə İ səsini verən əlif hərfini yazmaq şərtdir: اسپرت [ispirt] — «spirt», استکان [istəkan] — «stəkan», اشتات [iştat] — «ştat»ﺐﺒﺑbəbçox zaman پ (pe) hərfini də əvəz edir, bu səbəbdən indi də sözün əvvəlində P ilə tələffüz olunan sözlər B ilə yazıla bilər (پچاق - بچاق bıçaq, پِشِرمَك - بِشِرمَك bişirmək, بیت bit və s.)ﭗﭙﭘpəpﺖﺘﺗtətﺚﺜﺛṡəsərəb və başqa alınma sözlərdəﺞﺠﺟcimcçox zaman چ (çe) hərfini də əvəz edir, bunun səbəbi چ hərfinin ج hərfindən yaranmasıdır, və məs buna görə indiki latın əlifbasında Cim «C» kimi Çe də «Ç» kimi yazılır indiki əlifbada dz ilə yazılan sözlər də bu hərflə yazılır: نِنجا [nincə] Nindza, جودو Cüdo, قامیقاجه [qami-qace] Kamikadzeﭻﭽﭼçeçənənəvi Azərbaycan tələffüzündə səsi fərqlənə bilər [tʃ~tɕ~ʈʂ~ts], bu hərf həm Ç həm də TS səslərini əvəz edirdi, məsələn Avropa və Slavyan dillərindən gələn TS ilə sözlər Çe ilə yazılırdı: قرالیچه qırālîçə («kraliça», Balkan Slavyancası Кралица), چاریچه çārîça («çariça» rusca Царица), نمچه nemçə («Alman dövləti və milləti», slavyanca Немцы Niemcy), چیچرون Çîçirōn («Siseron»)ﺢﺤﺣhahﺦﺨﺧxıxﺪﺩdəldbəzən T kimi də tələffüz olunur, əsasən sözün sonunda (dalınca sait səs olmasa)ﺬﺫzəlzﺮﺭreyrﺰﺯzeyzﮋﮊjeyjfars, fransız və başqa alınma sözlərdə işlənilir, amma sovet dövründən bir çox sözlərədə J hərfi G hərfi ilə əvəz olunur, məsələn «orijinal» oldu «original» (rus dilindəki kimi) və s. qeyd etmək olar J səsi əsl Azərbaycan (türk) sözlərində işlənilir, lakin Cim (ج) hərfi ilə yazılır, məsələn Cim hərfindən sonra D, B kimi səslər tələffüz olunarsaﺲﺴﺳsinsﺶﺸﺷşinşﺺﺼﺻsadsﺾﻀﺿzadzﻂﻄﻃtatbu hərf qalın T və qalın D kimi səslənə bilər; bəzi türklər sözü T ilə başqaları D ilə sözü deyən hallara yatımlı olur, məsələn طاغ və طاش sözlərini tağ və taş eyni zamanda da daş və dağ kimi demək olar, lakin əbcədin son əsrləri ümumi türk yox, «sırf Azərbaycan» Dəl (د) ilə yazılışları qeyd olunur: داغ və داش. Bəzi mənbələrə görə bu hərf T və D səslərin ortasında olan bir səsdirﻆﻈﻇzazﻊﻌﻋəynə, e, ö, ü, utarixən daha çox ərəb sözlərində işlənilirdiﻎﻐﻏğaynğindiki rəsmi Azərbaycan latın əlifbası qaydalarına görə söz «ğ» hərfi ilə başlaya bilməz, amma əbcəddə belə sözlər çoxdur: غول [ğul] (قول qul (kölə) sözündən anlamca fərqlənir, bu sözləri ayırmaq üçün latın əlifbasına keçəndən ğul anlamında olan qul sözünü qulyabanı olaraq yazırlar), غلبهلق [ğalabalıq] («basabas, qələbəlik»), غازی [ğazi] («qazi»); ayrıca, Avropa dillərindən arxa sıra saitlər ilə G və Ruscadan Г hərfli gələn sözlərdə latın əlifbasındakı kimi Q yox غ (Ğ) yazılırdı: Qoqol غوغول (Ğoğol), Qəzet غزته (Ğəzetə), Qubernator غوبرناطور (Ğubirnatur), Qaz maddəsi غاز (Ğaz)ﻒﻔﻓfeyfﻖﻘﻗqafqQ hərfi; indiki latın əlifbasında alınma Avropa və Rus sözləri üçün qalın K ilə işlənən sözlərdə Qaf yazılırdı: قرال qırāl - kral, قوره Qōre - Koreya, قانفیت qānfît - konfetـکـﻜﻛkəfk (g, y, nq, ng, nğ, n, ğ)çox zaman گ (gəf) və ݣ (ŋəf) hərflərini də əvəz edir, bunun səbəbi onların ک hərfindən yaranmasıdır; bəzi hallarda Y kimi də tələffüz olunur بک bəy, دوكى düyü, ایكرمی iyirmi, اگری əyri, ایگنه iynə, اگلنجه əyləncə; indiki Azərbaycan dilində sözün hallandırmalarında K ilə bitərsə Y ilə əvəz olunur (اشیكه - اشیك eşik - eşiyə, برلكی - برلك birlik - birliyi və s.), əbcəddə isə bu hallarda da ک yazılır (sözün kökünün yazılışı dəyişmir); bu hərfin ك və kimi variantları da var;ـﮓـﮕﮔgəfgـݣـݣـŋəfnq, ng, nğ, n, ğbu hərf Türk-Altay mənşəli sözlərdə işlənilir, məsələn: دݣز dəŋiz - dəniz, مݣا maŋa - mənə, داݣ dāŋ - dan (sübh); bu hərfi farscada işlənən نگ (ng) ilə eyniləşdirmək olmaz, məsələn: زنگ zəng, جنگ cəng və s.;
bu hərf tarixi yazılarda çox vaxt da گ ilə qarışdırılır, bunun səbəbi fars əlifbasında ŋəf hərfinin olmaması ola bilər;
ŋ hərfi 1928-1939-cu illərdə latın əlifbasında da işlənirdi, lakin kirill əlifbasında bu hərf artıq yox idiﻞﻠﻟləmlləm hərfi bəzi hallarda çox səsi əvəz edir, məsələn, ədəbi dildə -lar/-lər kimi yazılan və tələffüzdə olan lar, lər, dar, dər, tar, tər, nar, nər, rar, rər cəm şəkilçiləri sadəcə bir cür لر kimi yazılır. Bu halı ərəbcə olan «Əl-» şəkilçisi ilə müqaisə eləmək olar, çünki Əl- şəkilçisi 14 cür deyilə bilərﻢﻤﻣmimmﻦﻨﻧnunnﻮﻭvovu, o, ü, ö, vbu hərf o, ö, u, ü, v səslirini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ۋ ۆ وُ ؤ وٓ belə nadir hallarda yazılır, ancaq iki oxşar sözü ayırmaq üçün, məsələn بوُز (buz) və بوٓز (boz) ya گۆز (güz) və گؤز (göz). Söz Vov ﻭ hərfi ilə başlasa ancaq samit V səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — او, məsələn, اوغلان (oğlan); Ol və Öl sözləri اول yazılırdı, məsələn سنݣ اوغلین اولدی cümləsi həm "sənin oğlun oldu" həm "sənin oğlun öldü" kimi ola bilərdi, amma bunları dəqiqləşdirmək üçün bu cür yazılır: اوٓل ol, اؤل öl; indiki latıncada ov, öv, uv və başka iki ﻭ tipli hərflər iki dəfə yazılır, lakin əbcəddə bir dənə ﻭ yazılır: dovşan طوشان, rövşən روشَن
dodaq uyumluğuna görə bəzi hallarda ı, i kimi deyilir: قارپوز qārpūz [qarpız], باکو Bāku [bakı], صابون sābūn [sabın]ﻪﻬﻫhəh, a, əsözün ortasında və başında h, sonunda isə ahəng qanununa görə fərqlənə bilər: a və ya ə olur, məsələn, قره qara, گنجه Gəncə; Sait ە (U+06D5) və samit ه (U+0647) eyni görsənsə də kompüter bunları yazıda fərqli sayır: bunun səbəbi sait ە hərfinin özündən sonra başqa hərflə birləşməməsidir (قَرەسی qarası), samit ه isə sözün ortasında ـہـ (لہستان Lehistan) və ـهـ</big> (جهنم cəhənnəm) şəkillərində birləşir;
sait ە hərfinin ـہ variantı da var, məs. ننہ - ننه nənə ﻰﻴﻳyəy, i, ı, ebu hərf y, i (həmçinin [i:]), ı, e, səslərini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ي (y), ی (i), ؽ (ı), ئ (e), amma praktiki olaraq hərəkələr ilə demək olar ki yazılmır. Söz ی ilə başlasa, ancaq samit Y səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — ای, məsələn, ایلان (ilan); dodaq uyumluğuna görə bəzi hallarda u, ü kimi deyilir: اوغلی oğlı [oğlu], تُرکچی türkçî [türkçü], قوطی qūtı [qutu]
Xüsusiyyətləri Bu əlifbada qədimi türk Orxon əlifbasındakı kimi ahəng qanunu çox geniş işlənilir və saitlərin deyilişi çox zaman samitlərdən aslıdır. Məsələn, ön sıra saitləri (i, e, ə, ö, ü) ilə T səsi ت kimi, S səsi س kimi yazılır və arxa sıra saitləri (a, ı, o, u) ilə isə T və D səsləri ط kimi, S səsi ص kimi: طاش daş, سومک sevmək, صو su, سود süd, طورمق durmaq. İncə samitlər ilə Ə, E, İ, Ö, Ü, qalın samitlər ilə isə A, I, O, U səsləri işlənilir (alınma sözlər istisna olmaqla. Lakin onların çoxusu da bu qaydaya uyğunlaşır) Samitlərin incəliyi və qalınlığı Səs t d s z k/q g/ğ ' h İncə tayı ت س ک گ ء ه Fərqsiz د ث ز ذ Qalın tayı ط ط ض ص ظ ض ق غ ع ح Bu qayda ərəb sözlərinə aid deyil. Ayrıca, dəqiq orfoqrafiya olmadığına görə bu qaydadan keçən müəliflər də çoxdur, odur ki hətta əsl türk sözlərinin yazışıların variantlarında س və ت hərflərini qalın sözlərdə də işlətməsinə rast gəlmək olar, lakin bəzi hallarda bu sözün kökünün qorunması ilə bağlıdır, məsələn, تَݣری tanrı əvvəlcə tenri kimi deyilib, deyilişi dəyişsə də yazılışı dəyişməyib və sözün kökü qorunur Saitlər qısa və uzun olur. Qısalar ya yazılmır ya da ki istəyə görə hərəkə kimi yazılır: Hərəkəüstün ()əsrə ()ötrə ()Uzun qarşılığıایوUzun səs Azərbaycan latın əlifbasının tələffüzündə adətən : işarəsi ilə göstərilir, məsələn, kafir [ka:fir] كافِر, burada A uzun olduğuna görə hərf kimi yazılır və İ qısa olduğuna görə hərəkə kimi yazılır. Ayrıca, səsin uzunluğuna baxmayaraq saitlər sözün əvvəlində və sonunda həməşə hərf kimi yazılır (اقربا əqrəbə, اوزاق uzaq, ايتى iti). Saitlərin fərqi: