thumb|Nərə balığının kababı Tərkibi
Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Hazırlanma qaydası
Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranılır, duz, istiot vurulur və üzərinə xama sürtülüb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababının yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq süfrəyə ayrıca verilir.
Xarici keçidlər Balıq kababı
Kateqoriya:Azərbaycan kababları Kateqoriya:Balıq kababları