() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Təbii arealı cənubi və cənub-şərqi Avstraliyadır. Aralıq dənizi sahillərində də geniş yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 20–25 m, gövdə diametri isə 25–40 sm olur. Qabığı kobud, gövdənin aşağı sahəsində hamar, ağ rəngli, gövdənin yuxarı hissəsində isə qabığın üzəri ağ və ya mavi ləkələrlə örtülüdür. Cavan yarpaqlar qarşı-qarşıya olub, sayı müxtəlif miqdarda və ya cüt, əksər halda oturaq və ya qısa saplaqlı, formaca ürəkvari, dairəvi və ya geniş neştərvaridir. Uzunluğu 4–7 sm, eni 3–3,5 sm-ə çatıb, mavi çalarlıdır. Yetkin yarpaqları növbəli, neştərvari, 7–15 sm uzunluqda, 2–3,5 sm enində olmaqla, açıq yaşıl və ya bozumtuldur. Çiçəkləri adətən ağacın üst çətirlərində və yarpağın qoltuq hissələrində yerləşməklə salxıma toplanır. Çiçək çətiri qınlı, 3 çiçəkli olmaqla, silindrik formalı və qısa saplaqlı, uzunluğu 10–15 mm, diametri 7 mm, konus və ya dimdikvari formada olub, qapaqcıqlıdır. Meyvəsi saplaqlı, formalı yastılanmış yumurtaya bənzəyir və ya armudvari, uzunluğu 10–15 mm, diametri 9–11 mm olmaqla yanlardan basılmışdır. Gövdəsi ağ və kül rəngli olduğuna görə "ağ oduncaqlı" evkalipt adlanır.
Ekologiyası Qaya və düzənliklərdə, gilli torpaqlarda bitir. Rütubətə tələbkar, işıqsevən bitkidir.
Azərbaycanda yayılması 1971-ci ildə Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur.
İstifadəsi Parkların yaşıllaşdırılmasında, səhiyyədə isə tərkibində olan efir yağlarından geniş istifadə olunur.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1855-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Avstraliya florası Kateqoriya:Ferdinand Müller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Cənubi Avstraliya florası Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Viktoriya (ştat) florası Kateqoriya:Həssas növlər