Auksion — alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılırАукцион // Современный экономический словарь.
Etimologiyası Uşakovun lüğəti latın dilindən sözün Latın mənşəli olduğunu göstərir — vurma deməkdir. Müasir izahlı lüğətdə ("Böyük Sovet Ensiklopediyası" tərəfindən nəşr edilmişdir) , lakin "açıq hərrac" kimi tərcümə edir. Latınca digər mənaları (artım) və (artan).
Auksion məhsulları thumb|right|Tokioda təşkil olunan auksion thumb|right|Havayidə təşkil olunan balıq auksionu Hərrac şəklində fərdi xüsusiyyət və xüsusiyyətlərə sahib olan mallar satılır. Bu, eyni adda mal dəstləri ilə əvəzlənmə ehtimalını istisna edir, çünki fərqli xüsusiyyətlərə sahib ola bilərlər: görünüş, keyfiyyət, dad və s. Çay,tütün,çiçəkli bitkilər, tərəvəz, meyvə, atlar, balıq, avtomobillər, mobil cihazlar, digər istehlak malları Beynəlxalq hərraclarda təklif olunan və alınan əsas məhsullara aid etmək olar.
İstinadlar
Xarici keçidlər AuPedia — Auksionlar ensiklopediyası Xəz auksionu Sotbis auksionu Kristis auksionu
Kateqoriya:Ticarət Kateqoriya:Beynəlxalq ticarət Kateqoriya:Hərrac Kateqoriya:Tədbirlər Kateqoriya:Prosessual hüquq