Qulam Əli oğlu Babai () — Azərbaycanlı xalça ustası, bərpaçı-rəssam, "21 Azər" hərəkatının iştirakçısı.
1944-cü ildə Təbrizdə Azərbaycan Fəhlə və Zəhmətkeşlər Həmkarlar İttifaqı Şurasının yaradılmasında iştirak edib. 1945-ci ildə Təbrizdə fəaliyyət başlamış Azərbaycan Xalq Konqresində nümayəndə olub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra təqiblərdən qurtulmaq üçün Azərbaycan SSR-yə mühacirət edib.
1960-cı ildə Bakıya köçüb və xalçaçılıqla məşğul olub. Yaratdığı xalçaların həm çeşni müəllifi, həm də toxucusu olub. Toxuduğu xalçalar şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ dövlətlərinin muzeylərində qorunur. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində onlarla zədələnmiş tarixi xalçanı bərpa edib.
Həyatı Qulam Əli oğlu Babai 1921-ci ildə Təbrizdə anadan olub. 8 yaşından etibarən xalçaçılıqla məşğul olub.
1944-cü ilin avqust ayında Təbrizdə yaradılmış Azərbaycan Fəhlə və Zəhmətkeşlər Həmkarlar İttifaqı Şurası yaranmasında iştirak edib. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Qulam Babai də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra təqiblərdən qurtulmaq üçün Azərbaycan SSR-yə mühacirət edib.
1960-cı ildə Bakıya köçüb və xalça fabrikində fəaliyyət göstərməyə başlayıb. 1963-cü ildən etibarən fərdi yaradıcılığa başlayıb və dövlət sifarişləri üzərində çalışıb. Azərbaycanda ilk dəfə müəllif işi kimi o, dairə formalı süjetli xalça toxuyub. Qulam Babai yaratdığı xalçaların həm çeşni müəllifi, həm də toxucusu olub.
1995-ci il aprelin 14-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Qulam Babainin bərpa etdiyi etdiyi xalçalardan ibarət fərdi sərgisi keçirilib. Muzeydə fəaliyyət göstərdiyi dövr ərzində onlarla zədələnmiş xalçanı bərpa edib.
Toxuduğu xalçalar hazırda şəxsi kolleksiyalarda, Azərbaycan, Almaniya, Türkiyə və keçmiş SSRİ dövlətlərinin muzeylərində qorunur. Bu xalçalara "Kosmonavtlar", "Nəriman Nərimanov", "Cəfər Cabbarlı", "Gerb", "Leyli və Məcnun" digərlərini göstərmək olar.
2000-ci ildə vəfat edib.
Toxuduğu xalçalar
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan xalçaçıları