Əli Rəhim oğlu Topçiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR kommunal təsərrüfatı (1963–1979) və mənzil-kommunal təsərrüfatı (1979–1980) naziri , Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi (1980).
Həyatı Əli Topçiyev 1920-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1944-cü ildən "Azneft" Birliyinin bir sıra neft mədənləri idarələrinin qaz-kompressor təsərrüfatlarında mexanik, stansiya rəisi, baş mühəndis, direktor olmuşdur. 1955-ci ildən Azərbaycan Dövlət Neft Sənayesi Müəssisələrini Layihələşdirmə İnstitutunda layihə baş mühəndisi vəzifəsində çalışmışdır.
Əli Topçiyev 1957-ci ildən Azərbaycan qaz trestinin baş mühəndisi, Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutu bölməsinin rəhbəri olmuşdur. 1962-ci ildən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Baş Qaz İdarəsinin rəisi vəzifəsində işləmişdir. 1963-cü ildə isə Azərbaycan SSR kommunal təsərrüfatı naziri təyin edilmişdir. 1966-cı ildən ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.
22 yanvar 1991-ci ildə uzun illər səmərəli işlədiyinə, respublika mənzil-kommunal təsərrüfatının inkişafına köməyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilənlər