() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali Amerikada bitir.
Botaniki təsviri Əsasən "izabella" üzüm sortu kimi tanınır. Gövdəsinin diametri 20-30 sm, dirəklə yüksəyə qalxan, sıx örtüklər əmələ gətirən ikievli lianadır. Tükcüklü zoğların bığcıqları 2-3 çəngəlvari, yaxşı inkişaf etmişdir. Qırışlı, iri, yumurtavari və ya yumru formalı yarpaqları (25 sm-dək) bütöv və ya 3 hissəlidir, üstü tutqun, tünd yaşıl, çılpaq, alt tərəfi tükcüklüdür. Çiçək qurupunun uzunluğu 8 sm-dək, qısa, qalın ayaqda dişicik çiçəkləri daha möhkəm, erkəkcikli daha yumşaqdır. Kiçik meyvə salxımlarında 20 giləmeyvə olur. Şarşəkilli giləmeyvələri qara-al qırmızı, bəzən qırmızımtıl-qonur, çəhrayı, sarımtıl-yaşıl, çox az hallarda ağ rəngli, diametri 15–20 mm-dir. Üstdən sıx çöküntü ilə örtülmüşdür. Musnus ətirlidir. Toxumları iri, qısa dimdikdir.
Ekologiyası Nəmişli yerlərdə, çay vadilərində, qumlu torpaqlarda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Böyük Qafqazda,Talışda təbii halda rast gəlinir.
İstifadəsi Bu növ çox vaxt sıx, gözəl yarpaqlarına görə dekorativ məqsədlərlə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bitkilər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları