Mənuçöhr ibn Yezid () — Şirvanşahlar dövlətinin on birinci hökmdarı, Kəsranilər sülaləsinin banisi, Şirvanşah Yezid ibn Əhmədin oğlu.
Fəaliyyəti Şirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara – alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı.Mинopcкий. Иcтopия Шиpвaнa, c.53, ərəb mətni, s.l 1.
Rusların yürüşü 1030–cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu. Sonra ruslar Kürlə üzüyuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq, Arazın qabağını bəndlə kəsib, onların irəliləməsinə mane olmağa cəhd göstərdi. Lakin ruslar Şirvanşahın dəstəsini batıra bildilər. Bununla belə, onların Arazla irəliləməsi dayandırıldı.Axмeд Ибн Лютфyллax (Mюнeджимбaши). Джaми aд-Дyвaл. Пepeв. c apaбcк. A.Дж.Maмeдoвa. Tpy-ды ин-тa иcтopии AH Aзepб. CCP, т.XII, 1975, c.216, ərəb mətni, §10, s.236.
Həmin ildə Azərbaycanın qərbini əhatə edən Şəddadilər dövlətinin hökmdarı Musa ibn Fəzl rusları dəvət etdi, onlara çoxlu pul verərək əhalisi üsyan qaldırmış Beyləqanın üzərinə göndərdi. Musa ibn Fəzl feodalların ara müharibələrində dəfələrlə muzdlu əsgər kimi tutduqları rusların köməyi ilə Beyləqanı ələ keçirdi, öz atasına və qardaşına qarşı qiyam qaldırmış qardaşı Əskəriyyəni öldürdü. Sonra ruslar Arranı tərk edərək Ruma getdilər və oradan vətənlərinə qayıtdılar. Mənbədə göstərilir ki, ruslar tezliklə – h.421-ci ilin zilhiccə ayında (noyabr 1031) yenidən gəldilər.Sara Aşurbəyli – Şirvanşahlar dövləti, IV nəşri, Bakı, 2007
Bu dəfə Şirvanşahın qaynı olan Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad ruslara hücum etdi. Bakuya yaxınlığında onlarla vuruşdu, düşməni ölkədən sıxışdırıb çıxararaq xeyli hissəsini qırdı.Əhməd ibn Lütfullah, s.216, ərəb mətni, §11, s.237 "Tarix-i əl-Bab"da xəbər verilir ki, h.423 (1032)- ci ildə alanlar və sərirlilər ruslarla birlikdə Şirvana hücum edərək Yəzidiyyəni zorla ələ keçirdilər.M и н o p c к и й, c.54, ərəb mətni § 15, s. 11 Mənbədə sonra göstərilir ki, onlar Şirvanı qarət edib, əsirlərlə birlikdə öz ölkələrinə qayıdarkən əl-Babın taxta (əl-xəşab) qapılarına çatdılar, lakin sərhəd vilayətlərinin əhalisi əmir Mənsurun başçılığı ilə onlara hücum etdi və çoxunu məhv edərək Şirvandan qarət etdikləri hər şeyi əllərindən aldı. Alanların cüzi bir hissəsi əmirləri ilə birlikdə xilas ola bildi. H.424 (1033)-cü ildə alanların dəstəsi əl-Bab sakinlərindən qisas almaq məqsədilə yenidən basqın etdi və bu dəfə də məğlubiyyətə uğradı.
Öldürülməsi H.425 (1034)-ci ildə Şirvanşah Mənuçöhr yeddillik hökmranlıqdan sonra öz evində qardaşı Əbu Mənsur ibn Yəzid tərəfindən xaincəsinə öldürüldü. Səbəb bu idi ki, Əbu Mənsur özü Şirvanşahdan qorxur və ondan gizlənirdi. "Tarix-i əl- Bab"da Şirvanşahın öldürülməsi hadisəsi müfəssəl təsvir olunur:
"(Əbu Mənsur) Yəzidiyyə əhalisinin sayıqlığını azaltdığı gecələrin birində şəhərə girdi və bu barədə qardaşının arvadına – Fəzlin (Şəddadi) qızı Sittə (xəbər) göndərdi. Sitt ona ürəkdən vurulmuşdu. Əbu Mənsur öz vəziyyətini xəbər verdi və Sittin tapşırdığı kimi, onun qulamlarından birinin evinə düşdüyünü bildirdi. Bu xəbəri alan həmin qadın yaxın adamlarından olan bir qadını mətbəx sandığı ilə onun yanına göndərdi. Həmin qadın onun sandıqda qalaya girməsinə kömək etdi. Əbu Mənsur (Sittin) evinə çatanda Sitt adam göndərərək əri Mənuçöhrü öz yanına dəvət etdi. Mənuçöhr gəlib (onun qabağında dayananda) Sitt qardaşından, Şəddadi hömdarı Fəzlin oğlu Musadan aldığı məktubu ona göstərdi. Mənuçöhr oxumağa başladı. Mənuçöhr məktuba baxa-baxa onun məzmununu arvadına izah edərkən Əbu Mənsur qəfildən evin uzaq küncündən sıyrılmış qılıncla içəri daxil oldu. Mənuçöhr soruşdu: Səni mənimevimə kim buraxmışdır?" Lakin Mənuçöhr sözlərini deyib qurtarmamış Əbu Mənsur qılıncla onun boynunun ardından vurdu. O, zərbəni təkrar eləmək istədi. Lakin ürəyini bürümüş qorxudan qılınc onun əlindən sürüşüb düşdü. Bu vaxt məlun qadın yaxın adamlarından (birinə) qətli başa çatdırmağı əmr edəndə o, Mənuçöhrün (cəsədini) palaza (zilliyə) bükdü. H.425 (1034)-ci ildə taxta çıxan Əbu Mənsur Əli ibn Yəzid ibn Əhməd qardaşının dəfn olunmasını əmr etdi və adət üzrə bir ildən sonra – h.426-cı ilin rəbiyül əvvəl ayında (yanvar 1035) onun dul arvadına evləndi." M и н o p c к и й, c.54, ərəb mətni § 15-16, s. 11-12
Ailəsi Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021). Həyat yoldaşı Sitt bint Fəzl. Arran əmiri Fəzl bin Məhəmmədın qızı, Şəddadilər sülaləsindən. Oğlu Hörmüzd. Tabasaran əmiri (?-1065) Qardaşı Ənuşirəvan ibn Yəzid. Atasına qarşı üsyan qaldırdığı üçün həbs edildi, həbsdə öldü. Qardaşı Əbu Mənsur Əli ibn Yəzid Qardaşı Qubad ibn Yəzid Qardaşı qızı. Səlcuq əmiri Qaratəkinin həyat yoldaşı. Qardaşı Əhməd ibn Yəzid Qardaşı oğlu Buxtnassar Əli ibn Əhməd Qardaşı Salar ibn Yəzid Qardaşı Məmlan ibn Yəzid Bacısı Şəmkuyyə. Haşimilər sülaləsindən Dərbənd əmiri II Əbdülmalikin (1034-1043) həyat yoldaşı.
Döyüş və hakimiyyət mübarizəsi xronologiyası TarixMüharibəMüttəfiqlərQarşı tərəfYerVəzifəsiNəticə1029-cu iləl-Bab əmiri ilə müharibə—Dərbənd əmirliyiMücəkabad malikanəsi, MəsqətŞirvanşahməğlubiyyət1030-cu ilŞirvanşah torpaqlarına basqın —Dərbənd əmirliyiŞirvanŞirvanşahməğlubiyyət1030-cu ilRusların Qafqaz ekspedisiyaları Əhməd ibn Xasskinqədim ruslarBakıŞirvanşahməğlubiyyət1031-ci ilRusların Qafqaz ekspedisiyaları Fəzl bin Məhəmmədqədim ruslarBakıŞirvanşahqələbə1032-ci ilRusların Qafqaz ekspedisiyaları —alanlar, sərirlər, qədim ruslarYezidiyyə, ŞirvanŞirvanşahməğlubiyyət1034-cü ilƏbu Mənsur Əli ibn Yəzidlə mübarizə—Əbu Mənsur Əli ibn Yəzid, Sitt bint FəzlYezidiyyəŞirvanşahməğlubiyyət, qətli
İstinadlar
Həmçinin bax Kəsranilər Azərbaycan tarixi
Kateqoriya:Şirvanşahlar Kateqoriya:Şamaxıda vəfat edənlər