Muradov Hacı Bafadar Sultanəli oğlu () — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994–2001).
Həyatı və fəaliyyəti Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-ci ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994–2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2007-ci ildə Xızıda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Hacılar Kateqoriya:Xızı rayonunda doğulanlar Kateqoriya:Xızı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları