"Tiffanidə səhər yeməyi" () — rejissor Bleyk Edvardsın filmi.
Məzmun Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq.
Film haqqında Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir. Odri Hepbernin filmdə "Moon River" mahnısını ifa etməsi bəstəkar Henri Mançiniyə və sözlərin müəllifi Conni Merserə 1962-ci ildə "Oskar" qazandırır. Filmdə Hollinin adsız pişiyi rolunda Oranci adlı kürən pişiyi çəkmişdilər. Bu pişik "Tiffanidə səhər yeməyi" filmindən başqa 6 filmdə də çəkilmişdir. Odri Hepbernin filmdəki qara rəngli geyimi Givenchy brendinə məxsusdur.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi : Trumen Kapote (roman) Ssenari müəllifi : Corc Akselrod Rejissor : Bleyk Edvards Operator : Frans Planer Bəstəkar : Henri Mançini Prodüser : Martin Curou, Riçard Şeperd
Rollarda Odri Hepbern – Holli Qolaytli Corc Peppard – Pol Varjak Patrisiya Nil – xanım Felenson Mikki Runi – cənab Yuniosi Alan Rid – Salli Pomidor Baddi Ebsen – Dok Martin Balsam – O. D. Berman Xose Lui de Vilyalonqa – Joze da Silva Pereyra Stenli Adams – Rasti Trouler Con MakQayver – "Tiffany & Co."da satıcı
İstinadlar
Xarici keçidlər
"Tiffanidə səhər yeməyi" GoodCinema.ru saytında
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Bleyk Edvardsın filmləri Kateqoriya:1961-ci ilin filmləri Kateqoriya:Paramount Pictures Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Pyeslərə adaptasiya edilmiş filmlər Kateqoriya:Kinematoqrafiyada kastinq qalmaqalları Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Sosial sinif haqqında filmlər