Qorxmazoba — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava kənd inzibati ərazi dairəsində kənd. Əhalisi təxminən 600 nəfərdən ibarətdir.

Rəsmi adının toponimikası Qorxmazoba oyk., miir. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Oykonim Qorx¬maz (ş.a.) və oba topokomponentlərindən ibarət olub, "Qorxmaza məxsus oba”, "Qorx¬mazın obası” mənasındadır. Oba kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmiş və keçmiş adını saxlamışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 595 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri