Həqiqət Əli qızı Rzayeva () — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.

Həyatı Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928–1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927–1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" — Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" — Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" — Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.Məhərrəmova, T. Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi: [Gözəl aktrisamız Həqiqət Rzayevanın həyat və yaradıcılığı haqqında] //Kaspi.- 2010.- 20 may.- S. 15.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. "Ögey Ana" filmində Qəmər xala obrazını oynamışdır. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.

Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

Mükafatları "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943

Xatirəsi ● Bakı şəhərində küçələrdən biri Həqiqət Rzayevanın adını daşıyır.

● Bərdə şəhərində küçələrdən biri Həqiqət Rzayevanın adını daşıyır.

● Lənkəran şəhərində 2№-li Uşaq Musiqi Məktəbi Həqiqət Rzayevanın adını daşıyır.

● Lənkəran şəhərində Həqiqət Rzayevanın büstü açılmışdır.

● Lənkəran şəhərində Yaradıcılıq Sarayı Həqiqət Rzayevanın adını daşıyır.

Filmoqrafiya Lətif (film, 1930) — Ögey ana (Tammetrajlı bədii film) İsmət (film, 1934) — Həqiqət (Tammetrajlı bədii film) Dostlar (film, 1934) — Ana (Qısametrajlı bədii film) Ögey ana (film, 1958) Muğamlar (film, 1965) Üzeyir ömrü (film, 1981)

İstinadlar

Xarici keçidlər Həqiqət Rzayeva Хагигат Рзаева АРАБЗЕНГИ АЗЕРБАЙДЖАНСКОЙ СЦЕНЫ Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Səssiz film aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları