Fyodor Mixayloviç Dostoyevski (; ) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri.
Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı mühəndis məktəbinə daxil olmuş, atasının ölümünü burada oxuyarkən xəbər almışdır. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan təxris olunduqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı "Yoxsul insanlar" 1846-cı ildə işıq üzü gördü. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı. 1849-cu ildə dövlət əleyhinə sui-qəsddə iştirakı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, güllələnmək üzrə olarkən digər səkkiz məhbus yoldaşı ilə əfv edildi. Cəzası dörd il kürək, altı il adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra hərbi xidmətə göndərildi, zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı. Peterburqa döndükdən sonra "Alçaldılmış və təhqir olunmuşlar" (1861) və "Ölü evdən qeydlər" (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal nəşr etdirdi. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə "Yeraltından qeydlər" (1864), "Cinayət və cəza" (1866), "Qumarbaz" (1866), "İdiot "(1868), "Əbədi ər" (1870) və "Cinlər" (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra katibəsi ilə evləndi. Yenidən borclandı və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi."Yeniyetmə" (1875), "Yazıçının gündəliyi" (1876) və "Karamazov qardaşları" (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı."Karamazov qardaşları" adlı əsərini iki ildə bitirən Dostoyevski ciyər qanaması ilə yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevski üçün 31 yanvar 1881 tarixində təşkil edilən dəfn mərasimində təxminən 30 min adam iştirak etdi.
Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri bir çox XX əsr yazıçılarının fikirlərinə dərindən təsir etmişdir. Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixoanaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."
Həyatı thumb|right|270px|Dostoyevskinin doğum yeri olan Moskvadakı Mariinski Xəstəxanası Uşaqlığı və gəncliyi Dostoyevski, Mixail və Maria Dostoyevskinin oğlu olaraq 11 noyabr 1821 tarixində Moskvada doğuldu. Altı uşaqlı ailənin ikinci uşağı idi. Atası Mixail, hərbi cərrahlıqdan təqaüdə çıxdıqdan sonra Mariinsky Xəstəxanasında yoxsullara xidmət etməyə başladı. Xəstəxana Moskvanın ən pis yerlərindən birində yerləşirdi. Dostoyevski də bu xəstəxanada doğuldu. Dostoyevskinin anası Maria isə bir tacir qızı idi. Mixail Andreyeviç Dostoyevski olduqca sərt bir adam idi. Ən böyük məşğuliyyəti içki idi və ailəsini möhkəm bir intizam altında idarə edirdi. Böyük qız olduqları halda qızlarının tək başlarına küçəyə çıxmasına icazə vermirdi. Dörd oğuluna isə bir baş çavuş kimi davranırdı. Çox tez əsəbiləşər, uşaqları isə qaçacaq yer axtarardılar. Mixailin başqa bir xüsusiyyəti də xəsisliyi idi. Vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqları 16–17 yaşına gələnə qədər onlara cibxərcliyi belə verməmişdir. Anası Maria Dostoyevski və uşaqlar yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış oldu və onlara bağlandı. Bu təcrübə uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı. Dostoyevski uşaqlığını çox vaxt sərxoş bir ata və xəstə bir ana arasında keçirdi. Atasının işlədiyi xəstəxanadan olan xəstələr ilə vaxt keçirməyi və onların hekayələrini dinləməyi çox sevən Dostoyevski ilk təhsilini Moskvada aldı. Anası vərəm xəstəliyi ucbatından öldüyü zaman, sərt intizamıyla tanınan Peterburq Mühəndis Məktəbinə göndərildi. Yoldaşlarının, əsəbi və həddindən artıq həssas bir quruluşa sahib olduğu üçün "Alovlu Fedya" ləqəbini verdikləri Dostoyevski Peterburqda zamanını kitab oxuyaraq, düşüncələrə dalaraq, ya da qardaşı Mixail ilə söhbətləşərək keçirdi. Atasının 1839-dakı ani ölümünü burada öyrəndi. Arvadının ölümündən sonra özünü tamamilə içkiyə yönəldən Mixail Dostoyevski isə artıq çalışa bilməz hala gəldi. Burada kəndlilərə və kölələrinə o qədər pis davrandı ki, ən sonunda özünü öldürmələrinə gətirib çıxardı. Atasının ölümünü Peterburqda xəbər alan Dostoyevski onun ölümünü istədiyi düşüncəsi səbəbiylə depressiyaya girdi. Xəstəliyinin ilkini həyatının bu mərhələsində keçirməyə başladı. Peterburq Mühəndis Məktəbindəki təhsilini müvəffəqiyyətlə bitirərək, kiçik leytenant rütbəsiylə Peterburqdakı İstehkam Müdirliyində vəzifəyə verildi. Özü üçün heç bir mənası olmayan bir həyata başlamışdı. Bohem mühitə dadandı, maaşına və torpaqdakı payından götürdüyü illik 5.000 rublluq gəlirə qarşılıq davamlı çətinlik içində idi. Bilyarda maraq salmışdı və həmişə uduzurdu. Həyatı boyunca avara həyatı səbəbiylə, son illərində kitablarından təmin etdiyi gəlirin xaricində həmişə yoxsulluq içində yaşadı. Bu qəribə davranışlarına qarşılıq, həyatını başdan başa dəyişdirəcək hadisə yaxınlaşırdı. Ədəbiyyatla maraqlanmağa başlamışdı və işə Balzakın "Eugenie Grandetsini" ruscaya çevirməklə başladı. Ordudakı həyatdan da artıq sıxılmışdı. Böyük qardaşına 1843-cü ildə yazdığı məktubda, "Əsgərliyə kartofa nifrət etdiyim qədər nifrət edirəm" deyə yazmışdı. Ertəsi il də daha çox dözə bilməyərək istefa verdi. Qərarını qardaşına məktubla xəbər verərkən belə deyirdi:
"Heç peşman deyiləm. Bir ümidim var. Romanımı bitirmək üzrəyəm. Orijinal bir əsər olacaq". İlk yaradıcılıq dövrü Ordudan ayrıldıqdan sonra roman yazmağa başladı. Dostoyevskinin ilk kitabı olan "Bədbəxt insanlar" ilk olaraq 1846-cı ildə nümayiş olundu. Dostoyevski, romanını "Oteşestvenya Zapiski" adlı məşhur bir ədəbiyyat jurnalında yayınlatmayı ümid etmişdi; lakin aradan bir il keçdiyi halda jurnal, romanında əhəmiyyətli dəyişikliklər etmədikcə, əsərini nəşr etməyi rədd etməyə davam edirdi. O da istənilən dəyişiklikləri etmək yerinə, əsərini özü nəşr etməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidiylə 1846-cı ildə "Bədbəxt insanlar"ı nəşr etdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri, ona bu məktubu göndərdi: "Siz problemin ruhunun ən dərinlərinə getmiş və bir neçə xəttdə böyük bir gerçəyi ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz." Dostoyevski, cəmiyyətini mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla işlədi. Xalqın rəğbətiylə qarşılanan bu kitab, tənqidçilərdən də təriflər gördü. Məşhur tənqidçi Belinski, romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi. Şair Nikolay Neksarov, Dostoyevski haqqında "Yeni bir Qoqol doğuldu" deyə danışdı. Dostoyevski bir gün içində şöhrətinin zirvəyə çatdığını gördü. Böyük qardaşına, "Hər şey sanki bir möcüzə kimi oldu," deyirdi. Lakin şöhrətə qovuşduqdan sonra yaxşıca həyasızlaşaraq özünə heyran olan insanlara sərt şəkildə davranan Dostoyevskinin bu hərəkəti, kasıb təbəqədən gəldiyi üçün lağ edilməsinə və gözdən düşməsinə səbəb oldu. "Bədbəxt insanlar"ın sürətli gələn müvəffəqiyyətindən sonra durğun və müvəffəqiyyətsiz bir dövr keçirdi. Təcavüzkar hərəkətləri üzündən tənha qalan yazarın borcları başına dərd oldu. Bu səbəbdən də yazmağa kafi zamanı ayıra bilməz olmuşdu. İlk müvəffəqiyyətini təkrar tuta bilməyəcəkmiş kimi görünürdü. Ədəbiyyat dünyasının özünə qarşı yuxarıdan aşağı baxan tutumu isə artaraq davam etməkdə idi. 1846-cı ildə "Oxşar" əsəri nümayiş olundu. Yazıçı bu romanda, özünü ortadan qaldırmağa çalışan bənzəriylə davamlı qarşıdurma halında olan bir məmurun hekayəsini izah etdi. Bu romanda ələ aldığı cüt şəxsiyyət temasını daha sonra bəzi romanlarında istifadə etsə də roman, Belinski daxil heç bir tənqidçi tərəfindən bəyənilmədi. Tənqidçilər romanı sıxıcı adlandırdı. 1847-ci ildə isə "Ev sahibəsi" adlı əsəri nümayiş olundu. Dostoyevski bu əsəri ilə də gözlədiyi təriflərin əksinə tənqidlərlə qarşılaşdı. Dostoyevski, ruhi çöküntüyə düşdü və kədərdən xəstə oldu. Ancaq yazıçılığı buraxmayan Dostoyevski, 1848-ci ildə "Bəyaz gecələr" və "Bir kövrək ürəkli" adlı kitabları işıq üzü gördü. "Bir kövrək ürəkli", yazıçıya etibarını yenidən qazandırsa da gözlədiyi müvəffəqiyyəti əldə edə bilməyən Dostoyevski ümidini itirdi. Yazıçılıqdan ümidini üzən Dostoyevski, siyasətlə maraqlanmağa başladı və gənc liberalların (Tetrashevski) qrupuna girdi. Sibir sürgünü 23 aprel 1849-cu ildə Çar polisi tərəfindən yatağında həbs olunan Dostoyevski, qrupun digər iyirmi üzvüylə birlikdə 22 dekabrda gülləyə düzülmək üzrə Semyonovski sahəsinə aparıldı. Güllələnəcəyi zaman ölüm cəzasının həbs cəzasına çevrilməsiylə Omska göndərildi. thumb|220px|upright|Dostoyevski (sağda) və Qazaxıstanlı alim Şokan Valixanuli 1859-cu ildəDostoyevski, dörd il boyunca çəkdiyi ağrıları, 1861-ci ildə nəşr olunan "Ölü evdən qeydlər"də izah etmişdir. Sürgündə keçirdiyi dörd ildən sonra 1854-cü ildə kürək cəzasından xilas olaraq ər rütbəsi ilə hərbi xidmətə təyin olundu. Semipalatinskdə zəruri iqamətə məhkum edildi. Burada olan Alayın Yeddinci Xətt Batalyonunda beş il vəzifə yerinə yetirdi. Zabitliyə qədər yüksəldi. 1857-ci ilin fevral ayında, vərəmli və dul Maria Dmitrievna Isayeva ilə, zabit ərinin ölümündən sonra evləndi. thumb|200px|Dostoyevskinin ikinci həyat yoldaşı Anna İkinci yaradıcılıq dövrü 1859-da ordudan tərxis edilərək Moskva xaricində kiçik bir yerdə qalmağa məcbur edilən Dostoyevski, azadlığına qovuşduqdan sonra Peterburqa döndü. Qardaşı Mixail və yoldaşı N. N. Straxov ilə birlikdə "Vremya" ("Zaman") və sonra da "Epoxa" ("Dövr") adlı jurnalları hazırladı. Bu jurnallarda Slavçı düşüncəni müdafiə etdiyini ifadə edən yazılar yazdı. "Alçaldılmış və təhqir olunmuşlar" və "Ölü evdən qeydlər" ilə yenidən tanındı. Arvadı vərəmə tutulmuş, Sibirdəki Tver şəhərinə dönmüşdü. Dostoyevski bundan faydalanıb ilk dəfə xaricə çıxdı; 1862-ci ildə Paris, London və Cenevrəni ziyarət etdi. 1863-cü ildə Romaya keçdi. Ardından Almaniya və Danimarkanı gəzdi. Arvadının və uşağının xərclərini qarşılaya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiylə qumara başladı. Rulet oynayırdı. Şansı yaxşı olan yazıçı bir gecədə 10.000 frank qazandı və ertəsi gecə 3000 frank daha əlavə etdi. Amma bir gecə sonra 5.000 xaricində qazandıqlarının hamısını itirdi. 1864-cü ildə arvadını, böyük qardaşı Mixaili, dostu və həmkarı Apallon Qriqoriyevi itirdi. 1862 və 1863 illəri arasında Avropaya birlikdə getdiyi yoldaşı Apollinariya Suslova ilə evlənərək, ilk bədbəxt evliliyini unutmağa çalışdı. Ancaq Polina, verdiyi sözdən daşındı. Bu sırada Dostoyevski "Cinayət və cəza" üzərində çox möhkəm bir şəkildə işləyirdi və fikrini dağıtmamaq üçün Visbadenə getmişdi. Polina da bunu bəhanə edib aralarındakı əlaqəni kəsdi. Dostoyevskinin Visbadendə olduğu vaxt "Gizlindən Qeydlər" nəşr olundu. Yeni bir dahilik ortaya çıxırdı və bu tənqidçilərin ciddi şəkildə maraqlarını cəlb etməyə başlamışdı. Bu zaman böyük qardaşı Mixailin arxasında buraxdığı borcları da boynuna götürən Dostoyevski, yenə maliyyə problemləri yaşayırdı.