Postimpressionizm ( – sonra, – təəssürat) — fəlsəfi və incəsənət cərəyanı, XIX əsrin sonu – XX əsrin ilk illərində fransız boyakarlığının əsas istiqamətlərinin ümumiləşdirilmiş, şərti ifadəsi.

Yaranması Postimpressionizm ustaları 1880-ci illərin ortalarından (impressionizmin böhranı dövrü) yeni, yaşadıqları dövrə uyğun təsvir vasitələri tapmağa, bədii təfəkkür məhdudluğunu aradan qaldırmağa, impressionizmə xas xüsusiyyətlərdən – həyatın ani və ötəri effektlərinin təsvir olunmasından onun uzun sürən mənəvi və maddi vəziyyətlərinin təcəssümünə keçməyə cəhd göstərirdilər. Həmin dövr Qərbi Avropa mədəniyyətinin böhran əlamətləri, onun mürəkkəbliyi, rəssamların ideya-əxlaqi keyfiyyətlər sahəsində ziddiyyətli axtarışları postimpressionizmdə öz əksini tapmışdı.

Məşhur postimpressionistlər

Mənbə Azərbaycan Sovet Ensiklopediyası, səh. 612

Həmçinin bax İmpressionizm Vinsent van Qoq Pol Sezann Pol Qogen Corc Pyer Sera Müstəqilliyin yüzilliyi

Kateqoriya:Bədii cərəyanlar