Psiphon — veb senzuradan yayınmaq üçün yaradılmış xidmətlərdən biridir. O, proksi xidmətlər kimi işləyir, istifadəçilərin internet əlaqəsini başqa bir serverdən yönləndirir və bu server "Psiphon" düyünü adlanır. Bundan başqa, bütün yönləndirilmiş məlumatlar kodlaşdırılır ki, bu da həmin xidmətin istifadəçilərin internetdə məxfiliyini gücləndirməsi deməkdir. "Psiphon"-un əsas iki versiyası varhttp://nonetcensorship.wordpress.com/2011/07/01/psiphon-2-nec%C9%99-istifad%C9%99-olunur/ "Psiphon 2″ necə istifadə olunur?: "Psiphon 1" internet istifadəçilər tərəfindən dəstəklənən düyünlər sistemidir və filtrasiya olunmamış internet olan ərazilərdə yüksək sürətli bağlantı ilə istifadə olunur; "Psiphon 2" isə proksi serverlər sistemindən ibarətdir, bu sistemlər "Psiphon" tərəfindən dəstəklənir və digərlərinin istifadəsi üçündür.

İstinadlar

Xarici keçidlər Psiphon-un rəsmi internet səhifəsi

Həmçinin bax Proksi server Senzura İnternet senzura

Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı Kateqoriya:İnternet senzurası