Berdyayev Nikolay Aleksandroviç ( ) — rus ilahiyyatçı filosofu.

Həyatı İlk dəfə əsas ideyalarını "Yaradıcılığın mənası" əsərində vermişdir. Daha sonra isə fikirlərini müxtəlif əsərlərində inkişaf etdirmişdir. Azadlıq, şəxsiyyət, yaradıcılıq və obyektivləşmə, tarixin esxatoloji mənası ideyaları onun fəlsəfəsinin əsasında dayanır. Berdyayev realığılı dualist şəkildə təqdim edir: bir tərəfdə ruh (Allah), azadlıq, subyekt (şəxsiyyət, "Mən"), noumen, digər tərəfdə isə empirik dünya, zərurət, fenomen və obyekt qarşı-qarşıya qoyulur. Hər iki dünya bir-birindən təcrid olunmuş şəkildə mövcud deyil, bir-biri ilə qarşılıqlı əlaqədədir: ruh və azadlıq noumenal dünyadan çıxaraq, fenomenal dünyaya təsir edir. Ruhun bu dünyadakı fəaliyyətinin nəticələri subyektdən qoparaq empiriyanın məhdudluqlarına – qanunlara tabe olur. Azadlığın bu cür şəkildə zərurətə düşməsini Berdyayev obyektivləşmə adlandırır və iztirab, köləlik, şərin ontoloji əsasında onun dayandığını iddia edir. Filosofun fikrincə, bu dünyada obyektivləşməyə qarşı duran yaradıcılıqdır. Yaradıcı subyekt bu dünyanı öz içinə alır, azadlıq və ruh üçün açıq olan daxili dünyasını ora əlavə edir. Beləliklə, bu dünyanı (empiriyanı) dəyişdirməklə onu obyektivləşmədən azad edir. Yaradıcı aktın nəticələri yenidən obyektivləşməyə məruz qalsa da, ruhun özü daim azaddır. Berdyayev yaradıcılığı (obyektivləşmənin qarşısını almağın yolunu)eyni zamanda dünya tarixinin məna və təyinatı kimi də müəyyən edir. Filosofun şəxsiyyətlə bağlı fikirləri də maraqlıdır. Onun fikrincə, şəxsiyyət empirik fərd deyil, obyektivləşməyə tabe olmayan, yaradıcı və azad insandır. Cəmiyyət isə şəxsiyyətin bir hissəsidir. Şəxsiyyətin başqaları ilə ünsiyyəti və onlarla birliyi onun daxili dünyasının ayrılmaz hissəsidir, lakin Berdyayev şəxsiyyəti arxa plana çəkən və ona şəxssiz-universal kollektivin strukturlarını calayan məcburi sosiallaşmanın əleyhinədir. Berdyayevə görə, şəxsiyyətin azadlıq və ləyaqəti dövlətdən üstündür.

Əsərləri The Meaning of the Creative Act (1916) 1955 Dostoevsky (1923) 1934 The Meaning of History (1923) 1936 The End of Our Time [aka The New Middle Ages] (1924) 1933 Leontiev (1926) 1940 A New Freedom and the Spirit (1927–8) 1935 The Russian Revolution (1931) (anthology) The Destiny of Man 1931 (1937) Christianity and Class War 1931 (1933) The Fate of Man in the Modern World (1934) 1938 Solitude and Society (1934) 1938 The Bourgeois Mind 1934 (anthology) The Origin of Russian Communism (1937) 1955 Christianity and Anti-semitism (1938) 1952 Slavery and Freedom (1939) The Russian Idea (1946) 1947 Spirit and Reality (1946) 1957 The Beginning and the End(1947) 1952 Towards a New Epoch" (1949) (anthology) Dream and Reality: An Essay in Autobiography (1949) 1950 The Realm of Spirit and the Realm of Caesar (1949) 1952 The Divine and the Human (1949) 1952 Truth and Revelation'' (n.p.) 1953

İstinadlar

Həmçinin bax

Xarici keçidlər Biyografik bilgi ve Berdyaev'in Makaleleri Nikolai Lossky'nin Berdyaev biyografisi

Kateqoriya:Rusiya filosofları Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Rusiya anarxistləri Kateqoriya:Rusiya memuarçıları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:XX əsr filosofları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Moskva Dövlət Universitetinin professorları Kateqoriya:XIX əsr filosofları