Başlanğıc — 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi. Film Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın — xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.
Məzmun Kukla filmi yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 197
Festivallar və mükafatlar 1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilmişdir.
Film haqqında Filmdə Moris Ravelin "Bolero" əsərindən istifadə olunmuşdur.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Rejissor: Vaqif Behbudov Operator: Vaqif Behbudov Rəssam: Fikrət Abbaszadə
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1981-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1981-ci ilin filmləri Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri