thumb|260px|Edvard Şerif Curtis tərəfindən çəkilən Nunivak qadın fotoşəkili, 1927-ci il thumb|260px|Dovşan kürklü Nunivak çupik uşağı, 1930 thumb|260px|Nunivak çupik uşaqları, 1930
Nunivak çupikləri (öz dilində olan adı: Cupʼig tək Cupiik iki Cupiit cəm və ya Nuniwarmiut 'Nunivak xalqı'; İngiliscə Nunivak Cup'ig) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərbində, Berinq dənizində olan Nunivak adasında (Nuniwar) yaşayan yupik qolundan bir eskimos xalqıdır.
Alyaska ərazisində yaşayan yupiklərin bir qəbiləsi olsa da onlardan ayrı yaşamaları nəticəsində onlardan müəyyən qədər təcrid olmuşdur. Bu da onların digər qohum xalqlardan həm mədəniyyət, həm də dil baxımından fərqlənməsinə səbəb olmuşdur.
Etimologiya Alyaskanın materikdə olan Yukon və Kuskokvim bölgələrindəki xalqlar Yupʼik adını daşıyarkən, yenə materikdə olan Hooper Bay və Chevak bölgəsindəkilər Cupʼik adını daşıyırlar. Nunivak adasındakilər isə Cupʼig olaraq özlərini adlandırırkən, materikdəki yupiklərə də Yupʼig adını verirlər. Onların hamısı yupikcə deyilən eyni dilin fərqli dialektlərində danışarlar.
Kanada eskimosları "Eskimos" adını kiçildici tapıb özləri üçün istifadə qanuni olaraq engellerken, digər Alyaska eskimosları gibi, Nunivak çupikləri de özlərinə "Eskimos" deyilməsinə narahatlıq duymazlar.Nuniwarmiut Piciryarata Tamaryalkuti : We are Cup'it (= We are called Eskimo by Westerners. Although this is a term that some disapprove of, it does not bother us. There are many "Eskimo" groups, so nowadays we prefer to be identified as Cup'ig)
Təsnifatı Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Nunivak çupikləri Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri
Əhali İndiki zamanda Nunivak çupiklərinin sayı 215 dir və anadillərini yalnız Mekoryuk qəsəbəsində yaşayan yaşlı insanlar tərəfindən danışılır; uşaqlar danışamadıqları dillərini məktəbdə öyrənirlər.
1900-cı ildə USS Manning gəmisinin cərrahı Alanson Uiks tərəfindən keçirilmiş məhdud ABŞ əhali sayımına görə 110 nəfər qəbul olundu. 1910-cu ildə agent L.L. Beyls tərəfindən edilən məhdud ABŞ əhali sayımına görə 10 yaşayış yerində cəmi 131 nəfər qeyd edildi. 1920-ci ildə məhdud ABŞ əhali sayımına görə 6 yaşayış yerində cəmi 189 əhali qeyd edildi.
Nunivak adasının ABŞ tərəfindən keçirilən ilk əhali sayımı 1890-ci ildə İvan Petrov tərəfindən həyata keçirildi və 15 yaşayış yerində cəmi 745 nəfər qeydə alındı. Bu böyük rəqəm həm Nunivak cupikləri, həm də akademik səviyyədə aparılan tədqiqatlarda həmişə şübhə altına alınır.
1890-cı ildə həyata keçirilən və sual işarələriylə dolu olan bu siyahıyaalmamanın rəqəmləri başqa bir qaynaqda belə bölüşdürülür:
1890 ci ilə görə yaşayış yerləriBu yerlərin indiki vaxtdakı adı1890 ci ildəki sayımına görə əhaliKwigamiut Entrance of Duchikthluk Bay 43Koot Cape Etolin 117Ingreamiut Ingrimiut 35Chuligimiut Between Ingrimiut & Cape Etolin 32Upper Chuligimiut Between Ingrimiut & Cape Etolin 30Kahmiut Ahikitook 40Kinegnamiut Near Cape Mohican 76Tunaghamiut Between Cape Mohican and Cape Mendenhall 71Kanagmiut Between Cape Mohican and Cape Mendenhall 41CƏMİ.700
Tarix Nunivak çupiklərinin Qərblilərlə (Kass'ar) ilk qarşılaşması 1821-ci ildə ruslarla olmuşdur. Qərblilər üçün istifadə etdikləri Kass'ar adı da Rusca Kazak (Казак) adından gəlir. Bu Kass'ar adı indiki vaxtda ağ amerikalılar üçün istifadə edilərkən, daha sonra Ruslar üçün Kass'alugpiag (hərfi əsl qərbli) adı törədilmişdir. Amerikalıların Alyaskanı 30 mart 1867-ci ildə Rusiya imperiyasından satın almasıyla Nunivak adası da ABŞ-yə daxil edilmişdir. Nunivak çupiklərinin Alyaska ərazisində yaşayan digər yupiklərdən fərqli olduğu ancaq 1897-ci ildə Kuskokvim Çayı Moravian missioneri Con H. Kilbuk tərəfindən adaya edilən bir ziyarətlə ortaya çıxmışdır.
18 dekabr 1971-ci ildə Alyaska Yerli Tələbləri Təhlil etmə Qanununun təsdiqi Alyaskadaki bütün yerli xalqlar kimi Nunivak çupiklərinə də iqtisadi rahatlıq gətirmişdir. Bu qanuna əsaslanaraq həmin ildə çupiklərin adadakı hüquqlarını qorumaq və iqtisadi inkişaflarını təmin etmək məqsədilə Nunivak Island Mekoryuk Alaska Corporation (NIMA) adlı kənd şirkəti qurulmuşdur.
İctimai həyat thumb|260px|Maskalı bir kişi, Nunivak, 1927 thumb|260px|Nunivak barabanı və ya dəfi, 1927
Ailə Ənənəvi nikah qohumlar (xala, əmi, bibi və dayıuşaqları) arasında olar. Çoxarvadlılıq (polygyny) və ya çoxərlilik (poliandriya) az də olsa, daha çox iki bacı və ya iki qardaşla evlilik formasında görünür. Ölən arvadın qardaşıyla (levirat) və ya arvadın bacısıyla (sororat) evlilik normal qarşılansa da çox rast gəlinmir. İlk dəfə adi saqqallı suitini ovlayan gənc, evliliyə hazır bir yetkin nəfər olaraq görülər.Margaret Lantis, Nunivak Eskimo , Handbook of North American Indians v5 Arctic pp 209-223, Government Printing Office, Washington. Copyright 1984 Smithsonian institution
Kiiyar Kiiyar (Alyaska Yupiklərində Qasgi , Chevak Çupiklərində Qaygiq , İnyupiklərdə Qargi ; İngiliscə community house, traditional community house, communal men's house, men’s community house, men's house, ceremonial house, council house, dance house, communal gathering place) : Yalnız qışda kişilər tərəfindən istifadə edilən, ümumiyyətlə yarısınadək torpağa basdırılmış tək otaqlı geniş və böyük evdir. Qadınlar və qızlar isə normal evlərdə (Enpiar) yaşayarlar. Kiiyarların keçmiş dövrdə məktəb kimi də istifadə edildiyi fikri mövcuddur.Richard Knecht & Theresa Arevgaq John (2006), Multiple Ways of Knowing: Life stories, Oral history and Education , INALCO 2009, Proceedings of the 15th Inuit Studies Conference, Orality (Paris, 2006)
Şənlik və Mərasimlər Qusngim Kevga (İngiliscə Reindeer Messenger Festival) : Ənənəvi Nunivak yeməklərinin təqdim edildiyi şənliklər üç gün davam edir. Bu müddət ərzində qarşılıqlı ailə ziyarətləri həyata keçirilir. Şənliklərdə rəqs nümayişi də baş verir. Rəqslərdən, yelpik kimi də xarakterizə edilə biləcək "barmaq maskaları" (tegumiar) şimal maralının saqqallarından edilir. Ayrıca suiti, dəniz quşu və ya şimal maralı təsvirlərinin olduğu "üz maskaları"ndan (agayu) da istifadə edilir.
Mesane Bayramı (İngiliscə Bladder Festival) : Ovlanan suitlərinin ruhlarının sakitləşməsi üçün Kiiyar içində bir suitinin qurudulmuş sidik kisəsi (Nakacug) (Nakacugtaller) şamanistik ritualların həyata keçdiyi və rəqslərlə başlayıb sonuna doğru seksual proseslərlə davam edən bayramdır. İctimai bir ünsür olaraq bəzən yeniyetməlik dövründəki gənc qızlar ataları tərəfindən kilyardakı cəmiyyətin digər üzvlərinə hədiyyə olaraq təqdim olunur. Bu gün bu bayram yalnız folklorik dəyər daşımaqda və cinsi əlaqəyə girilməməkdədir.
Agayar (İngiliscə Fall-time dance festival) : Son baharda edilən rəqs festivalıdır. Kişilərin rəqs papağı (Nacarpig'ar) və dəfəbənzər barabanlar (Cauyar) rəqsin ən mühüm detallarıdır.
Din thumb|260px|Nunivak Çupiklərindən quzğun maskalı bir kişi, 1929 Şamanizm Çupik şamanizmində yaradıcı güc Ellam Cua (kainatın insanı) adı ilə adlandırılır. Şamanizmdə Panteizm olmadığı halda, Ellam Cua indiki vaxtda Xristian Çupik inancında Tanrı (God) üçün də istifadə olunur.
Ruhlar yaxşı (Qel'a) ya da pis (Qelangnagar) ola bilər.
Angalku (şaman) :
Agayu (maska) : ətrafında ağac halqası (Ellanguar) olar. Üzərində də şəkillər (Qamurat) mövcuddur. İndiki vaxtda, müasir İfritələr bayramı (Qaaritar) maskaları da bu adla xatırlanır.
Rəqs : Nunivak çupiklərinin rəqs etməsi 1930-cu illərdə Xristian misyonerləri tərəfindən qadağan edildi. Ancaq illər sonra rəqsin yenidən canlandırılmasına çalışdılar və 2002-ci ildə Nuniwarmiut Kassiyurtait adıyla Çupik rəqs qrupu yaradıldı.
Günəş və Ay bir-birinə qardaş sayılır.
Xristianlıq Nunivak çupiklərinin Xristianlıqla tanış olmaları 1936-ci ildə Mekoryuk qəsəbəsində Evangelical Covenant Church adlı kilsəsinin tikilməsi ilə başlayır. Mekoryukun ilk keşişi Jacob Kenizk adaya gəlməsiylə eskimos adəti ilə rəqs etmə və ya mahnı oxuma, maska taxma onu istehsal etmə, kimi bütün şamanistik mərasimlər qadağan edilmişdir.
Xristian və bir sıra qərb ölkələrində qeyd olunan, Şükran günü (Quyaner), Milad (Agayunerpag), Yeni il bayramı (Allrakuukeggtaar), İfritələr bayramı (Qaaritar) və Pasxa (Ussukcauteller) kimi bayramlar indiki vaxtda da Nunivak Çupikləri arasında da qeyd edilir. Beynəlxalq xüsusiyyət daşıyan Analar günü (Aanat Erenrat) də qeyd olunan bayramlar arasındadır.
Ovçuluq və yığıcılıq thumb|right|260px|Ellikarrmiut dərəsinin dənizə tökülən ağzında balıq düşərgəsi, Nash Harbor (Naasaapelarmiut), Nunivak, 1927 thumb|right|260px|Qayıq içindəki ovçu ovuna mizraq atmağa hazırlanarkən,1927 thumb|260px|Nunivak Çupiklərindən ata və oğul qayıqda thumb|260px|Nunivak qayıqları, 1936 thumb|260px|Nunivak Çupiklərinə ait qayıq kabinasında bilərzik dəstəkləri (Ayaperwig). İki dənə olub taxtadan hazırlanar və birinə gülümsəyən kişi, digərinə də çox sərt bir qadın üzü təsvir edilərdi.
Bütün eskimos xalqları kimi Nunivak Çupikləri də ovçu və yığıcıdır. Berinq dənizinin (Imarpig 'böyük dəniz') məməli (imarpillar) ve balıqları (iqallug) ovladıqları əsas qida məmulatlarıdır.
Mövsümlər:
payız : Uksuar qış : Uksur yaz : Upnerkar yay : Kiag
Ay adları :
Yanvar : Tanqiluryag Kinguqlir ('ikinci ay') Fevral : Kuiget Aanit (< kuiget = çaylar + aanit = ?) Mart : ? Aprel : Tengaurtet Tanqiat ('quş uçan ayı') May : Tengmiarat Tanqiat ('quşların ayı') İyun : Tengmiarat Tengutit ('quş balalarının ucum ayı') İyul : Alpaaruswig (' Uria cinsindən təmizçilərin cənuba uçma ayı') Avqust : Qilangaaruswig (' Sakit Okean kütdimdiyinin hərəkətlənmə zamanı') Sentyabr : Kakeggliyarwig ('burun axıntısı ayı') Oktyabr : Nanwarat Cikutit ('gölcüklərin üstünün donduğu zaman') Noyabr : Imam Umgut'i ('dənizin buzla örtüldüyü zaman') Dekabr : Tanqiluryag Ciuqlir ('ilk ay')
Okeandakı dəniz məməliləri nin ovu üçün lazım olan vasitələrdən ən önəmlisi qayıqdır.Və onu "Eskimos qayığı" adlandırırlar.
Suiti növləri içində ən çox ovlananı adi saqqallı suitidir. Daha sonra halqalı suiti ilə xallı suiti növləri gəlir.
Balıqçılıq da əhəmiyyətli sahələrdən hesab olunur. Balıqçı kəndləri arasında Duchikimiut, Queeguilmiut, Kathalgmiut, Machagimiut, Kwecluechikmiut, Ikongimiut, Kewigimiut kəndləri qeyd oluna bilər. Yaz və payız ayları balıq ovu üçün ideal zaman sayılır. Yazın ilk balıqlarından Sakit Okean siyənəyi kiçik olduğu üçün qurutmaq məqsədilə rahatdır. Balıqlar qurudulur və ya hisə verilir, daha sonra isə qış mövsümündə həm insanlar həm də, itlərin yeməsi üçün istifadə edilir. İyun ayından etibarən qızılbalıqlar dənizdən şirin sulara kürüləməyə gəlirlər. Yay aylarında Nunivakdaki dərələrdə ovlanan ən qiymətli balıq qızılbalıqdır. Bu balığın bir neçə növü vardır. Məsələn: Taryaqvag, Cayag, Ciayuryar və Macutar növlərini misal göstərmək olar. Ovlanan və təmizlənən balıqların qurudulma yollarından biri də qaya üzərinə sərilmələridir. Ovlanan digər balıqlar arasında Iqalluyagar, Culugpaugar, Naternar, Cagir, Atgiiyar, Iqalluar, Asiya koryuşkası, Qussur, Dallia pectoralis növləri qeyd oluna bilər.
Qadınlar, tundrada göl və ya digər qamışlıq kimi ərazilərdə tayarut adlı göyərtini yemək üçün toplayırlar. Ikitug və Ciwassar adlı bitkilər də tərəvəz olaraq suiti yağı ilə birlikdə yeyilir. Meyvələr əsasən tumsuz olan meyvələrdir: Paunrat, () Atsat (), Kavlag (), Curer () kimi meyvələri misal göstırmək olar. Bir qaymaqçiçəyi növünün () çiçək açmadan əvvəlki sürgünləri Wivlat adlı yeyilir.
Yeməklərin saxlanılmasında yerli NİMA şirkətinin anbarlarından istifadə edilir. Xüsusilə yeni nəsil milli yeməklərdən daha çox qərb mətbəxtinə maraq göstərir.