Ceyms Cozef Silvester (; ) — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısıdır. Silvester ilk dəfə "Amerika riyaziyyat jurnalı"nın (1878-ci il, ABŞ-də ikinci idi) əsasını qoymuşdur.
Həyatı Ceyms Silvester 1814-cü ildə İngiltərənin paytaxtı London şəhərində əslən yəhudi ailəsində anadan olmuşdur. 1831-ci ildə Təhsilini Kembric Universitetinin Sent-Con kollecində almışdır. 1837-ci ildə qəbul imtahanında ikinci yer tutur. Lakin bakalavr dərəcəsini ala bilmir. Ona görə ki, bu dərəcəni almaq üçün kilsəsinin doktrinaları ilə razılaşmalı idi. Silvester isə bundan imtina etmişdirCollette, Jean-Paul (1993). "El nacimiento del álgebra moderna". En Siglo XXI de España Editores. Historia de las matemáticas. Traducido por Alfonso Casal Piga. ISBN 84–323-0526-X, ISBN 978-84-323-0526-9..
1841-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərinin Triniti kollecində bakalavr dərəcəsini alır. Burada yəhudi və katoliklərə oxumağa icazə verilirdi. Həmin ildə Silvester ABŞ-yə köçür ki, Virciniya Universitetində professor olsun. Noyabr ayında 1843-cü ildə buranı bitirir. Bir müddət keçdikdən sonra İngiltərəyə qayıdır. 1877-ci ildə Silvester yenə də ABŞ-yə köçür ki, Con Hopkinsin Baltimordakı Universitetində ilk professor olsun. Onun əmək haqqısı 5000 dolları ötmüşdür və o tələb edirdi ki, onu qızılla əmək haqqı versinlər. 1880-ci ildə "Kopli" medalına layiq görülmüşdür. 1883-cü ildə yenidən İngiltərəyə qayıdır ki, Oksfort Universitetində "Həndəsə" kafedrasının rəhbəri olsun. Ömrünün axırına qədər burada rəhbərlik edir. Halbuki onun üçün 1893-cü ildə köməkçi təyin etmişlər. Ceyms Silvester 1897-ci ildə Oksfortda vəfat edir.
Silvester elmə "Diskriminant" anlayışını gətirmişdir. Onun şərəfinə 1901-ci ildə İngiltərə Kral Cəmiyyyəti tərəfindən riyaziyyatda görkəmli işlərə görə verilən tunc medal "Silvester medalı" adlandırılmışdır. Onun elmi işləri İngilis, Fransız, İtalyan, Yunan, Latın dillərinə tərcümə edilmişdir.
Aldığı Mükafatlar "Kopli" medalı "De Morqan" medalı
İşləri Sylvester, James Joseph (1870), The Laws of Verse Or Principles of Versification Exemplified in Metrical Translations: together with an annotated reprint of the inaugural presidential address to the mathematical and physical section of the British Association at Exeter, London: Longmans, Green and Co, ISBN 978-1-177-91141-2 Sylvester, James Joseph (1973) , Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, I, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-3654-5 Sylvester, James Joseph (1973) , Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, II, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4719-0 Sylvester, James Joseph (1973) , Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, III, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4720-6 Sylvester, James Joseph (1973) , Baker, Henry Frederick, ed., The collected mathematical papers of James Joseph Sylvester, IV, New York: AMS Chelsea Publishing, ISBN 978-0-8218-4238-6
İstinadlar
Xarici keçidlər Collected papers – from the University of Michigan Historical Math Collection J. J. Sylvester home page Selected Poetry of James Joseph Sylvester
Kateqoriya:Britaniya riyaziyyatçıları Kateqoriya:Xətti cəbrşünaslar Kateqoriya:XIX əsr riyaziyyatçıları Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:London Universitetinin müəllimləri Kateqoriya:London Universitet Kollecinin müəllimləri Kateqoriya:Alimlər