Ümid körpüsü () — 28 may 1992-ci ildə istifadəyə verilən, Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində uzunluğu 286 metr olan, "Dəmir İpək Yolu"nu reallaşdıran, Zəngəzur dəhlizinin qarşısında "yaşıl işıq" yandıran tağlı körpü. Körpü Türkiyənin Dilucu və Azərbaycanın Sədərək sərhəd keçid məntəqələrini birləşdirir. Tikintisi 1991–1992-ci illərdə aparılmış və 28 may 1992-ci ildə istifadəyə verilmişdir.
1990-cı illərin əvvəllərində Naxçıvan MR-in keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəqliyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuşdur.
1992-ci il may ayının 28-də, Araz çayı üzərində "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Naxçıvana gələn Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək deyir:
Türkiyə-Naxçıvan əlaqələri "Naxçıvan türk-islam dünyasına bir qapıdır" - söyləyən Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri 1992-ci ilin martında reallaşdı və səfər zamanı Türkiyə Prezidenti Turqut Özal, Baş nazir Süleyman Dəmirəl və digər rəsmi şəxslərlə görüşlər keçirilib.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda Ulu Öndərin “Bir millət, iki dövlət” fikirlərinin reallığa çevrilməsi mərhələsi başlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb. 13 maddəlik protokolda muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapdı. Protokolda həmçinin bank işi, turizm, informasiya sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlindi.
Həmin dövrdə muxtar respublikanın iqtisadi problemlərinin həllinə də ciddi diqqət yetirilirdi. Muxtar respublikanın düşdüyü iqtisadi çətinlikləri, blokadanın vurduğu ziyanı aradan qaldırmaq üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılmışdı. Bu əlaqələrin genişləndirilməsin də, 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və o vaxtdan "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsinin böyük əhəmiyyəti oldu. Haqqında Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıdıqdan sonra, siyasi müstəviyə çıxarılmış Qars və Moskva müqavilələrinə yenidən baxılaraq, böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət” şüarı reallığa çevrilmişdi. 1991-ci il oktyabrın 29-da Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılsa da, əsas körpünün inşası sürətləndirilmişdi. Bu məsələ Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə gerçəkləşən səfəri çərçivəsində Ankarada imzalanmış əməkdaşlıq protokolunda da öz əksini tapmışdı.
1992-ci il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Həmin körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılıb.
Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə edirdi:
Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev qürurla bildirirdi:
Heydər Əliyevdən sonra çıxış üçün söz alan Süleyman Dəmirəl:
Həmçinin bax Azərbaycan–Türkiyə sərhədi Dilucu sərhəd keçid məntəqəsi İstinadlar
Xarici keçidlər Umut Bridge quadripoint proposal
Kateqoriya:Azərbaycanda nəqliyyat Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Türkiyədəki körpülər Kateqoriya:Araz çayı üzərindəki körpülər