Kamandar Məcidov (; ) — azərbaycanlı və belarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, Avropa və SSRİ çempionu.

Həyatı 1961-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur.

1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.

1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür.

Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir. Güləş üzrə Belarusiya yığma komandasının məşqçisidir.

Uğurları Tarix Turnir Yer 1983 Gənclər arasında SSRİ çempionatı 1 1983 SSRİ cempionatı 3 29.04.1984 Avropa cempionatı 1 1984 Dostluq-84 1 23.04.1985 Avropa cempionatı 1 08.08.1985 Dünya cempionatı 8 23.10.1986 Dünya cempionatı 1 19.08.1987 Dünya cempionatı 2 31.10.1987 FİLA Qran-prisi 3 01.01.1988 FİLA Qran-prisi 1 18.09.1988 Olimpiya oyunları 1 24.08.1989 Dünya cempionatı 1 24.11.1990 Dünya kuboku 1 26.04.1991 Avropa cempionatı 1 1992 SSRİ cempionatı 1 01.01.1993 Avropa cempionatı 3 16.09.1993 Dünya cempionatı 2 27.03.1996 Avropa cempionatı 8 20.07.1996 Olimpiya oyunları 4

Mənbə Azərbaycanın ilk olimpiya çempionu Borçalıdandır

Həmçinin bax Kamandar Olimpiya çempionudur (film, 1989)

İstinadlar

Kateqoriya:Olimpiya qızıl medalına sahib idmançılar Kateqoriya:Belarus güləşçiləri Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:1988 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları