Çerkası (ukr: Черка́си (Çerkası), rus: Черка́ссы (Çerkassı)) — Ukraynanın Çerkası vilayətinin inzibati mərkəzi və əsas şəhəri.
Əhalisi Əhalisi 286,2 min (2012).Çerkası // Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 511–512. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Coğrafiyası Kremençuk su anbarı sahilində bir port və nəqliyyat qovşağıdır.
Tarixi 1394-cü ildən Litvaya tabe olan Kiyev knyazlığının tərkibində məlumdur.
Lübuniyasından (1569) sonra Polşa tərəfindən işğal edilmişdir. 1648-ci ildən Çerkası kazak polkunun mərkəzi idi. Andrusovo sülhünə (1667) görə Polşanın hakimiyyətində qalmışdı.
1793-cü ildən Rusiya imperiyasının tərkibinə qatılmışdır; 1795-ci ildən qəza şəhəri, 1797-ci ildən Kiyev quberniyasının tərkibində olmuşdur. Sovet dövründə, 1932-ci ildən Kiyev vilayətinin mərkəzi olmuşdur, 1954-cü ildən isə vilayət mərkəzidir.
Sənayesi Kimya, yeyinti (o cümlədən konserv, şəkər, süd, ət, tütün), yüngül (ipək kombinatı, trikotaj, toxuculuq fabrikləri və s.) sənaye sahələri; maşınqayırma və metallı inkişaf etmişdir.
Tikinti materialları istehsal edilir. Ağac emalı kombinatı fəaliyyət göstərir. Şəhərdə teatrlar, filarmoniya, planetari, ölkəşünaslıq muzeyi və s. var.
Qardaş şəhərlər , Sumqayıt , Santa Roza , Aktau , Bıdqoşç , Perm , Tiraspol , Petah Tikva
Həmçinin bax Kiyev
İstinadlar
Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi
Kateqoriya:Ukrayna şəhərləri Kateqoriya:Çerkası Kateqoriya:XIV əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Dnepr sahilindəki yaşayış məntəqələri