Banjul (, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir.

Tarixi Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.

İstinadlar

Kateqoriya:Qambiya şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:1816-cı ildə yarananlar