Məmmədhəsən Əfəndizadə () — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.
Həyatı Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub.Nadir Vəlixanov, Süleyman Sani Axundov (Elmi bioqrafiya). Bakı, "Elm", 1996, səh. 39. (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir
Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.
Mənbə ASE, IV cild, Bakı,1980, s.245
İstinadlar
Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar