Sultan Qütbəddin Aybək () — Dehli Türk sultanlığının qurucusu və ilk hökmdarı.

Həyatı

Türk kökənli olan Aybək əsir edilib Nişapur qazısına satıldı və burada mükəmməl bir təhsil aldı. Qazı ölüncə Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satıldı və sultanın Dehlini yaxıb-yıxdığı 1193-cü il səfərinə qatıldı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksələn Aybək, 1206-cı ildə ağasının ölümüylə bütün Əfqanıstan, Pakistan və şimali Hindistan torpaqlarına hakim oldu. 1210-ci ildə çövkan oynarkən atdan yıxılaraq öldü və yerini Sultan Şəmsəddin El-Tutmuş aldı.

Dehlidəki ilk İslam memarlığı örnəklərinəen biri olan Qüvvət-ül İslam Camii və Dünya Mədəniyyət İrsi siyahısında olan Qütb Minarəsi Sultan Qütbəddin Aybək dönəmində inşa edilmişdir.

Qalereya

İstinadlar

Həmçinin bax Müəzzilər dövləti

Xarici keçidlər

Kateqoriya:Hökmdarlar Kateqoriya:Hindistan hökmdarları Kateqoriya:Hindistan tarixi Kateqoriya:XIII əsr Asiya hökmdarları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Məmlüklər