Məzmun Burada 1919-1920-ci illərin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur.
Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır.
Film haqqında Film yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film rejissor Tofiq İsmayılovun diplom işidir.
Filmin heyəti
Film üzərində işləyənlər Əsərin müəllifi: Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Tofiq İsmayılov Ssenari müəllifi: Tofiq İsmayılov Quruluşçu operator: İqor Boqdanov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Fərəc Qarayev Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb) Səs operatoru: Akif Nuriyev
Rollarda Leyla Bədirbəyli — ana Şahmar Ələkbərov — oğul Mehdi Rəhimov İsmayıl Osmanlı (titrlərdə yoxdur)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri