"Məzəli qız" () — rejissor Vilyam Uaylerin filmi.
Məzmun
Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur.
Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur. O, tezliklə yenidən görüşəcəklərini deyib uzun müddətə yoxa çıxır. Amma aşiq olmuş Fanninin kədərlənməyə vaxtı yox idi. Onun karyerası inkişaf edirdi. Bir azdan o, Nyu-Yorkdan olan konferansye Florens Ziqfeldin diqqətini cəlb edir. Ziqfeld onu "Ziqfildin qızları" adlı şousunda iştirak etməyə dəvət edir. Elə birinci çıxışında Fanni finaldakı mahnını oxumalı idi. Lakin kompleksi olan və özünü axmaq hesab edən qız mahnını ifa etməkdən imtina edir. Buna görə də Ziqfeldin özü ilə mübahisə edir. Onda qızın qarşısında iki seçim qalır: o, ya oxumalı, ya da qovulmalıdır. Fanni razılaşır, amma bu ifa komik şouya çevrilir: o, tamaşaçıların qarşısına gəlinlik paltarında, qarnında yastıq çıxır və hamilə qadını göstərir. Bu, tamaşaçıların xoşuna gəlir. Təkcə Ziqfeld buna – kiminsə onun əmrindən çıxmasına dözə bilmir. Lakin sürəkli alqışlar yenə də Fanniyə öz işində qalmasına kömək edir. Həmin gün Fanninin həyatında yenə də Niki Arnştayn peyda olur. Niki qızı öz sevgisi ilə ovsunlayaraq əvvəlki kimi yox olur.
Bir ildən sonra "Ziqfildin qızları"nın turney şousunda dəmiryol vağzalında Fanni Niki ilə rastlaşır. Bu dəfə qız özünü saxlaya bilmir və şounu atıb Nikinin ardınca Avropaya gedir. Niki ona evlənmə təklifi edir və onlar evlənirlər. Fanni hamilə olur və bir müddətlik karyerasından ayrılır. Nik qumar oynamağa davam edir və bir dəfə korrupsiya üstündə həbs olunur. Fanni ərini həbsxanadan çıxarmaq istəyir, lakin Nik üç il məhkum edilir. Həbsə girməmişdən əvvəl Nik Fanniyə ayrılmağı təklif edir ki, qız qarşıdakı həyatını normal yaşaya bilsin. Fanni Niki çox sevdiyi üçün bununla razılaşmır. On səkkiz aydan sonra Nik qayıdır, ancaq Fanni indi başa düşür ki, onlar bir-birindən çox uzaqlaşıblar. Artıq bu sevməyə davam etməyin mənası yoxdur. Ayrılandan sonra Fanni özünü qızına və ürəyini mahnılarda boşaltdığı tamaşaçılarına həsr edir.
Filmin musiqiləri
Overture I’m the Greatest Star If a Girl Isn’t Pretty Rollerskate Rag I’d Rather Be Blue Over You Secondhand Rose His Love Makes Me Beautiful People People (Reprise) You Are Woman, I Am Man Don’t Rain on My Parade Sadie, Sadie The Swan Funny Girl My Man Finale
Mükafatlar
1968-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı qadın roluna görə – Barbra Streyzand
1968-ci ilin "Qızıl Qlobus" mükafatı:
Komediya və ya musiqili filmdə ən yaxşı qadın roluna görə – Barbra Streyzand
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : İzobel Lennart Rejissor : Vilyam Uayler Operator : Harri Stredlinq Bəstəkarlar : Jul Stayn, Bob Merrill Prodüser : Rey Stark
Rollarda
Barbra Streyzand – Fanni Brays Ömər Şərif – Niki Arnştayn Key Medford – Rouz Brays Enn Frensis – Corciya Ceyms Volter Piceon – Florens Ziqfeld Li Allen – Eddi Rayan May Kvestel – missis Strakoş Cerald Mor – Tom Branka Frenk Feylen Mitti Lorens Gertrude Flinn Penni Santon Con Hermon
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Vilyam Vaylerin filmləri Kateqoriya:1968-ci ilin filmləri Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:1910-cu illər haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Dramlar Kateqoriya:Ana-qız münasibətləri haqqında filmlər Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Müzikllərin film uyğunlaşdırmaları Kateqoriya:Teatr haqqında filmlər Kateqoriya:Yəhudilər və iudaizm haqqında filmlər