Biometrik autentifikasiya (və ya Biometriya) – insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyin müəyyən edilməsi, tanınması

Biometrik parametrlər Müxtəlif tətbiqlərdə bir sıra biometrik parametrlər istifadə edilir. Hər biometrik parametrin üstün və zəif cəhətləri var və seçim adətən tətbiqdən asılı olur. Aşağıda geniş məlum olan biometrik parametrlərin qısa xülasəsi verilir.

Barmaq izləri Barmaq izlərinə görə identifikasiya texnologiyası ən geniş yayılmış biometrik texnologiyadır. Bu metodun əsasında hər bir insanın əl barmaqlarında papilyar naxışların unikallığı ideyası durur.

Barmaq izini papilyar xətlər əmələ gətirir, onların quruluşu dərinin şırımlarla ayrılmış qılıc çıxıntılarının sıraları ilə şərtlənir. Bu xətlər mürəkkəb naxışlar əmələ gətirirlər (qövs, ilgək və spiral), onların aşağıdakı xassələri var:

fərdilik və təkraredilməzlik; zamana görə sabitlik (bətndaxili inkişafdan meyidin çürüməsinədək); bərpa olunma (dəri qatının səthi zədələndikdə xətlərin quruluşu əvvəlki şəklində bərpa olunur).

Barmaq izinin tanınması və onun alqoritm tərəfindən düzgün emalının keyfiyyəti barmaq səthinin vəziyyətindən və skaner elementinə nəzərən onun yerləşməsindən çox asılıdır. Müxtəlif sistemlər bu iki parametrə müxtəlif tələblər irəli sürür. Tələblərin xarakteri xüsusi halda tətbiq edilən alqoritmdən asılıdır.

Barmaq izinin identifikasiyası

Barmaq izinə görə identifikasiya-bu ən geniş yayılmış biometrik texnologiyadır. International Biometric Group-un verilənlərinə görə, barmaq izinə görə tanıma sistemləri bütün dünyada istifadə olunan biometrik texnologiyaların 52%-ni təşkil edir. Tanıma üçün barmaq izinin istifadəsinin nə vaxtdan başladığını söyləmək çətindir. Arxeologlar qazıntı zamanı daş üzərində barmaq izlərinin şəkillərinə rast gəlirdilər. Lakin bu heç də onların identifikasiya üçün istifadəsini təsdiqləmir. Digər tərəfdən məlumdur ki, Qədim Vavilon və Çində gil lövhəciklər və möhürlər üzərində barmaqların şəkillərini düzəldirdirlər. XIV əsrdə İranda barmaq izi ilə bir sıra dövlət sənədlərini imzalayırdılar. Bu o deməkdir ki, hələ o vaxtlardan barmaq izi insanın nadir xüsusiyyətlərindən biridir ki, ona görə insanı identifikasiya etmək olar. Texnologiyanın inkişafının növbəti mərhələsi barmaq izinin krimanlda istifadəsi ilə başlandı. XIX əsrin ortalarında hər bir insanın barmaq izlərinin nadirliyi haqqında ilk fərziyyə yarandı və barmağın müxtəlif cizgilərinə görə onların klasifikasiyasına cəhd edildi. Bütün bunlar 1897-ci ildə "Genri sistemi"nin yaranmasına gətirib çıxartdı. Bu sistem barmaq izini klasifikasiyasında geniş yayılmışdır. Sistem ingilis Edvart Genri tərəfindən Hindistana səfəri zamanı yaradılmışdır. XIX əsrin sonlarında barmaq izlərinin ilk müqayisə alqoritmi yaradıldı. Növbəti 25 il ərzində "Genri sistemi" müxtəlif ölkələrdə dövlət səviyyəsində istifadə üçünn uyğunlaşma keçdi və təxminən 1925-ci ildə bütün dünya üzrə kriminalda geniş tətbiq edilməyə başlandı. Insan identifikasiyası üçün barmaq izinin tanınmasının geniş yayılmasına baxmayaraq, insanın barmağının papilyar cizgiləri şəklinin nadir xüsusiyyət olduğu hələ də elmi cəhətdən sübut edilməyib. Lakin bu texnologiyanın kriminal və digər sahələrdə istifadəsinə baxmayaraq, hələ də barmaq izi tamamil eyni olan iki insan tapılmayıb. XX əsrin ikinci yarısında yeni texnologiyaların yaranması ilə əlaqədar olaraq barmaq izinə görə tanınma sistemləri aşağıdakı sahələrdə tətbiq edilməyə başlandı: 1. Girişin idarəolunması sistemi. 2. Informasiya təhlükəsizliyi (şəbəkəyə giriş, FK-ə giriş). 3. Iş saatının hesabatı və istifadəçilərin qeydiyyatı. 4. Səsvermə sistemləri. 5. Elektron ödənişin aparılması. 6. Insanların identifikasiyası tələb olunan müxtəlif sosial layihələr. 7. Vətəndaşın identifikasiyası layihələri (dövlət sərhəddinin keçilməsi, ölkəyə səfər üçün vizanın verilməsi və s.). Barmaq izlərinin skaneri. Barmaq izlərinin seçilən cizgilər ilə elektron təsvirinin alınması mürəkkəb məsələdir. Barmaq izi kiçik olduğuna görə onun keyfiyyətli təsvirinin alınması üçün təkmilləşdirilimiş metodlardan istifadə etmək lazım olur. Barmaq izlərinin bütün mövcud skanerlərini fiziki prinsiplərinə görə 3 qrupa bölmək olar: 1. Optik; 2. Silisiumlu; 3. Ultrasəsli Bunların ayrı-ayrılıqda üstünlüklərini və çatışmazlıqlarını nəzərdən keçirək. Optik skanerlər təsvirin alınması üçün optik metodlara əsaslanır. Hal-hazırda optik skanerlərin növbəti realizasiya texnologiyaları mövcuddur: 1. FTIR skanerlər – bu qurğularda daxili əksin dağılmış effekti istifadə olunur (Frustrated Total Internal Reflection, FTIR-Dağıdılmış tam daxili əks etmə). Belə alqoritmlərin iş alqoritminin aydınlaşdırmaq üçün verilmiş effekti daha ətraflı nəzərdə keçirək. Iki mühitin bölgüsünün sərhəddinə işıq düşən zaman işıq enercisi 2 hissəyə ayrılır: biri sərhəddən kənarda əks olunur, digəri isə bölgünün sərhəddindən ikinci mühitə keçir. Əks olunan enercinin hissəsi düşmə bucağından asılıdır. Onun müəyyən kəmiyyətindən başlayaraq, işıq enercisi bölgünün sərhəddindən kənarda əks olunur. Bu hadisə tam daxili əks etmə adlanır. Beləliklə, tam qalın optik mühitlə (bizim halda barmağı səthi) nisbətən az qalın mühitlə (praktikada prizmanın səthi) tam daxili əks olunma nöqtəsində əlaqəsi zamanı işıq dəsti bu sərhəddən keçir. Barmaq səthinin alınmış işıq şəklinin təsbit edilməsi üçün xüsusi kameradan istifadə olunur (şəkil 1).

Bu tip skanerlərin istehsalçıları bunlardır: BioLink, Digital Persona, Identix. 2. Optik lifli skanerlər (fiber optic scanners) – optik lifli matrisi təsivr edir ki, hər bir lif fotoelementlə yekunlaşır. Hər bir fotoelementin həssaslığı, barmağın skanerin səthi ilə toxunma nöqtəsində barmaqdan keçən artıq işığın təsbit edilməsinə imkan verir. Barmaq izinin təsviri hər bir elementin verilənlərinə görə formalaşır. Bu tip skanerlərin aparıcı istehsalçısı Delsy.

3. Elektrooptik skanerlər (electro-optical skanners) – bu texnologiyanın əsasını xüsusi elektrooptik polimerin (eyni kimyəvi tərkibə malik olan, lakin molekuldakı atomların müxtəlifliyi cəhətdən fərqlənən maddələr) istifadəsi təşkil edir ki, onun da tərkibinə işıq saçan qat daxildir. Barmağını skanerə qoyan zaman onun səthindəki elektrik sahəsinirn müxtəlifliyi, bu qatın işıqlanması zamanı elə əks olunur ki, o barmaq izini işıqlandıraraq izini alır. Skanerin fotodiodlar massivi bu işıqlanmanı rəqəmli şəklə çevirir. 4. Optik davamlı skanerlər (sweep optical scanners) – bütövlükdə FTIR qurğusunun analoqudur. Bu skanerin xüsusiyyəti ondan ibarətdik ki, barmağı nəinki skanerə qoyursan, həmçinin barmağı dar zolaq-hesablayıcının üzərindən aparırsan. Skanerin səthi üzərində barmağı hərəkət etdirək zaman bir sıra şəkillər (kadrlar) alınır. Barmaq izinin şəklinin formalaşdırılması üçün (dəqiq yığılması) xüsusiləşdirilmiş proqram təminatından istifadə olunur.

Bu tip skanerlərin istehsalçısı Kinetic Sciences. 5. Diyircəkli skanerlər (roller-style scanners) – bu miniatür qurğuda şəffav nazik divarlı fırlanan diyircəyin üzərində hərəkət etdirən zaman barmağın skaner olunması baş verir. Diyircəyin səthi üzərində barmağın hərəkət etdirməsi zamanı, səthə toxunan papilyar cizginin bir sıra ani şəkilləri alınır. Skaner olunma zamanı sadə optik texnologiyadan istifadə olunur: şəffav silindr diyircəyin daxilində sabit işıq mənbəyi, linza və miniatür kamera yerləşir. Barmağın işıqlanan sahəsinin şəkli kameranın həssas elementinə linza ilə fokus edilir. Barmağı tam fırlatdıqdan sonra, onun izinin şəkli yığılır. Bu tip skanerlərin istehsalçıları: Digital Persona, CASIO Computer, ALPS Electric.

6. Əlaqəsiz skanerlər (touchless scanners) – bu qurğuda skanerin səthi ilə barmağın əlaqəsi tələb olunmur. Barmaq skanerdəki dəliyə qoyulur, bir neçə işıq mənbəyi barmağı aşağıdan müxtəlif tərəflərdən işıqlandırır. Skanerin mərkəzində linza yerləşir. Yığılmış informasiya linzadan kameraya proyeksiya edilir.

Bu tip skanerlərin aparıcı istehsalçısı Touchless Sensor Technology. Yarımkeçirici skanerlər – barmağın səthinin şəklinin alınması üçün yarımnaqillərin xüsusiyyətlərindən istifadə olunur. Papilyar cizgilərin skanerin səthi ilə əlaqəsi zamanı bu xüsusiyyətlər dəyişir. Hal-hazırda yarımnaqilli skanerlərin realizasiya üçün bir neçə texnologiyalar mövcuddur: 1. Həcmli skanerlər (capacitive scanners) – yarımnaqilli skanerlərin ən geniş yayılmaş tipidir. Burada barmaq izinin şəklinin alınması üçün papilyar cizgilərin şırımlarının yarımnaqilli matrisin elementləri ilə toxunması zamanı yarmınnaqilli qurğunun pn-keçidinin həcminin dəyişmə effektindən istifadə olunur. Təsvir olunmuş skanerin bir sıra modifikasiyası mövcuddur ki, skanerin matrisində hər bir yarımnaqilli element kondensatorun bir lövhəsi, barmaq isə digər lövhə kimi çıxış edir. Barmağın sensora qoyulması zamanı hər bir həssas elementin arasında və PAPILYAR cizgilərin çıxınti-çökəkliyi arasında müəyyən həcm əmələ gəlir ki, onun böyüklüyü barmağın səthi və element arasındakı məsafə ilə təyin olunur. Bu həcmlərin matrisi barmaq izinin təsivirinə çevrilir. Bu tip skanerlərin aparıcı istehsalçıları: Infineon, ST-Microelectronics, Veridicom. 2. Təzyiqə həssas skanerlər (pressure scanners) – bu qurğularda pyezoelementlərin (müəyyən təsir nəticəsində bəzi kristalların tinlərində əmələ gələn elektrik yükü) matrisindən ibarət sensordan istifadə olunur. Barmağı skanerə qoyan zaman papilyar cizgilərin çıxıntıları səthin elementlərinin müəyyən altçoxluqlarına təzyiq göstərir. Gərginliyinin pyezoelementlərindən alınmış matrislər barmaq səthinin şəklinə çevrilir. Bu tip skanerlərin aparıcı istehsalçısı BMF firmasıdır. 3. Termo-skanerlər (thermal scanners) – bunlarda piroelektrik elementlərdən ibarət sensorlar istifadə olunur. Bu elementlər temperaturlar arasındakı fərqi təsbit etməyə və onu gərginliyə çevirməyə imkan verir (bu effekt hətta infraqırmızı kameralarda da istifadə olunur). Barmağı sensora qoyan zaman piroelementlərə toxunan papilyar cizgilərin çıxıntılarındakı temperatura və çökəkliklərdəki havanın temperaturuna görə, barmağın səthinin temperatur xəritəsi qurulur və rəqəmli təsvirə çevirilir. Bu tip skanerlərin istehsalçısı Atmel. Ümumiləşdirilmiş şəkildə desək, bütün göstərilən yarımnaqilli skanerlədə həssas mikroelementlərin matrisi və onların siqnallarını rəqəm formasına çevirən çeviricilərdən istifadə olunur. Beləliklə yarımnaqilli skanerlərin iş sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 5).

4. Radiotezlikli skanerlər (RF-Field scanners) – belə skanerlərdə elementlər matrisi istifadə olunur ki, bunların hər biri kiçik bir antena kimi işləyir. Sensor zəif radiosiqnal generasiya edərək skaner olunası barmaq səthinə yönəldir. Həssas elementlərdən hər biri papilyar cizgidən əks olunan siqnalı qəbul edir. Bu şəkildə alınmış gərginlik matrisi barmaq izinin rəqəm təsvirinə çevrilir. Bu tip skanerlərin aparıcı istehsalçısı: Authentec. 5. Davamlı termo-skanerlər (thermal sweep scanners) – bu skanerlər də optik davamlı skanerlər də olduğu kimi barmaq skanerin səthi üzərində gəzdirilir. Bu tip skanerlərin aparıcı istehsalçısı Atmel

6. Böyük davamlı skanerlər (capacitive sweep scanners) – barmaq izlərinin təsvirinin hissələrinin yığılması üsulunlan istifadə olunur. Lakin təsvirin kadrı böyük yarımnaqilli sensorun köməyi ilə alınır. Bu tip skanerlərin aparıcı istehsalçısı: Fucitsu.

7. Radiotezlikli davamlı skanerlər (RF-Field sweep scanners) – bu tip skanerlərdə radiodalğalı texnologiyadan istifadə olunur. Bu tip skanerləri Authentec istehsal edir. Yarımnaqilli skanerlərin çatışmayan cəhətlərini qeyd edək. Lakin bu deyilənlər bütün təsivr olunan metodlara aid deyildir: 1. Təzyiqə həssas olan skanerlər kiçik ölçülü təsvirlər verir. 2. Barmağın yarımnaqilli səthə qoyulması vacibdir, lakin bu onun tez köhnəlməsinə səbəb olur. 3. Güclü xarici elektrik sahələrə qarşı həssaslıq elektrostatik boşalmalar əmələ gətirir ki, bu da sensoru sıradan çıxardır. 4. Diyircəkli skanerlərdə təsvirin keyfiyyəti skanerin səthi üzərində barmağın hərəkət sürətindən asılıdır.