Pakistan Silahlı Qüvvələri (urduca:پاک مُسَلّح افواج, Musallah Afwaj-e-Pakistan) — Pakistanı qorumaq məsuliyyəti daşıyan ordu. Aktiv şəxsi heyət sayına görə dünyada 6-cı, müsəlman ölkələri arasında 1-ci yerdədir. Silahlı Qüvvələr üç əsas hissəyə ayrılır- Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri.
1963-cü il Çin-Pakistan razılaşmasına əsasən, bu iki dövlət bir-biri ilə yaxın hərbi əlaqələrə malikdir. 2013-cü il hesablamalarına görə, Çin Pakistanı ən çox silah və texnika ilə təmin edən 2-ci ölkə hesab olunur. Hər iki ölkə həmçinin, bir-biri ilə nüvə enerjisi və aerokosmik texnologiyalar sahəsində də sıx əməkdaşlığa sahibdir. 2004-cü ildə Pakistana ABŞ-nin NATO-ya daxil olmayan ölkələr arasında əsas müttəfiqi statusu verilib. Pakistanı əsas hərbi məhsullarla təchiz edənlər də daxili təchizatçılardan sonra, Çin və ABŞ-dır.
Yerləşməsi Pakistan ərazisində Hesablamalara əsasən Pakistan Silahlı Qüvvələri şəxsi heyətinin 60-70%-i Hindistan-Pakistan sərhədi boyunca yerləşmişdir. ABŞ-nin Əfqanıstana müdaxiləsindən sonra 150,000 nəfər şəxsi heyət isə "Qəbilə əraziləri"ndə yerləşmişdir. Həmçinin, Pakistan Silahlı Qüvvələri 2004-cü ildən bəri Əl-Qaidə terror qruplaşmasına qarşı da mübarizə aparmaqdadır.
Xaricdə Pakistan Silahlı Qüvvələri həmçinin BMT-nin sülhməramlı əməliyyatlarında da iştirak edir. 2010-cu il hesablamalarına əsasən Silahlı Qüvvələrin 12,000 nəfər şəxsi heyəti bir sıra xarici ölkələrdə xidmətini davam etdirir.
Raket inventarı Qəznəvi ballistik raketi. Döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir. 30 ədəd istehsal olunub.
Orduda din xadimləri
Ölkədə rəsmi din İslam dini olduğundan dövlətlə məscidin qarşılıqlı fəaliyyəti nəticəsində təşkil olunur.
Həmçinin bax Pakistan Kəşmir məsələsi
İstinadlar
Xarici keçidlər