thumb|right|Təkəmçi thumb|right|Təkə TəkəNovruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.183. (TəkəmçiTəkəmçi) - Novruz bayramının və yazın gəlməyini mahnı oxumaq və təkə dolandırmaq ilə xəbər verən ənənəvi etnoqrafik müjdəçi.

Cənabe cəbrəil namə gətirdi Gətircəyin peyqəmbərə yetirdi Mübarək qolların göyə götürdü Sizin bu təzə bayramınız mübarək Ayınız, iliniz, həftəniz, gününüz mübarək

Bizim yerdə yumurtanı yuyarlar Onu dönüb yeddi rəngə boyarlar Yeddisində təhvil üstə goyarlar Sizin bu təzə bayramınız mübarək Ayınız, iliniz, həftəniz, gününüz mübarək

Bizim yerdə qohun qarpız əkərlər Onu tamam şəhərlərə tökərlər Təzə ilin həsrətini çəkərlər Sizin bu təzə bayramınız mübarək Ayınız, iliniz, həftəniz, gününüz mübarək

Təkənin sovqatı Təkə (Təkəmçi) hər evin ki qapısında şeir oxusa,və bayramın gəlməyin müjdə versə, ev sahibindən muştuluq alar ki ona pay deyilər, həmçinin təkəmçi özü də şeir ilə mükafatlandırılmasını xatırlayar:

:Ay təkəmin kəndi var Kəməndi var kəndi var Hər qapıda oynasa Bir nəlbəki qəndi var

Təkəm öldü ipin gətir ay xanım Çatdıqca yükün gətir ay xanım Kəsmə payın bütöv gətir ay xanım

Mənbə

Xarici keçidlər Təkə nəğmələri

Kateqoriya:Novruz bayramı Kateqoriya:Azərbaycan mifologiyası Kateqoriya:Azərbaycan musiqisi