Zakir Əsgər oğlu Həsənov () — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikasının müdafiə naziri (2013-cü ildən), general-polkovnik (2013).
Həyatı Zakir Əsgər oğlu Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olmuşdur. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş, 1980-ci ildə isə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini başa vurmuşdur. Hərbi təhsilini davam etdirərək 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının akademik idarəetmə kurslarında iştirak etmişdir.
Zakir Həsənov 1980–1985-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət etmiş, 1985–1993-cü illərdə isə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.
Zakir Həsənov 2003–2013-cü illərdə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini — Daxili Qoşunların komandanı vəzifəsində çalışmışdır. 22 oktyabr 2013-cü ildə isə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Zakir Həsənova 17 may 2003-cü ildə general-mayor, 6 may 2005-ci ildə general-leytenant, 22 oktyabr 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilmişdir.
Ailəlidir, 3 övladı var.
Təltifləri "Zəfər" ordeni (9 dekabr 2020) "Qarabağ" ordeni (7 noyabr 2023) 2 dəfə "Azərbaycan Bayrağı" ordeni (30 iyun 2004, 19 aprel 2016) 1-ci dərəcəli "Rəşadət" ordeni (25 iyun 2018) "Şöhrət" ordeni (Azərbaycan) (5 iyun 2019) "Vətən uğrunda" medalı (11 mart 2008) "Hərbi xidmətlərə görə" medalı (16 avqust 2002) "Sərhəddə fərqlənməyə görə" medalı (15 dekabr 1998) "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan Daxili Qoşunlarının komandanları Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vətən Övladı" ordeni laureatları Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları