Mirzə Məhəmmədbağır xan Əmirnizam () — İran hərbçisi.
Həyatı
Mirzə Məhəmmədbağır xan Məhəmməd xan oğlu 1845-ci ildə anadan olmuşdu. Atası Əmir Tuman Məhəmməd xan Təbrizin hakimi olmuşdu. Babası Hidayət xan Gilandan idi. Bir müddət müstəqil hakimlik etmişdi. O, Fətəli şah Qacar tərəfindən öldürülmüşdür. Mirzə Məhəmmədbağır xan əvvəlcə Şücaəssəltənə, Sərdari Əkrəm, Sərdari Küll ləqəblərini daşımışdı. Mirzə Məhəmmədbağır xan Əmirnizam böyük mülkədar idi. Onun Azərbaycanda, Tehranda mülkləri vardı. Mirzə Məhəmmədbağır xan Əmirnizam Nasirəddin şah Qacarın hakimiyyəti dönəmində ordu komandanı idi. Müzəffərəddin şahın tacgüzarlığından sonra bütün İran ordusunun komandanı oldu.
Ailəsi Mirzə Məhəmmədbağır xan Əmirnizam Mirzə Əli xan Əminəddövlənin bacısı ilə ailə qurmuşdu. Onun vəfatından sonra Mirzə Ələsgər xan Əminüssultanın böyük qızı ilə evlənmişdi. Hüseyn xan adlı oğlu vardı.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər Mirzə Məhəmmədbağır xan Əmirnizam
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran hərbçiləri