Daff KilliqanÜmumi məlumatlarAdı: Daff KilliqanOrijinal adı: Yaradıcı: Mark MakKorkl və Bob Şuliİlk görünüş: "İlk nömrə"Yarandığı il: 2002Səsləndirən: Brayn CorcXüsusiyyətləriAilə: BilinmirCins: KişiSaçının rəngi:Gözünün rəngi:Dərinin rəngi: AğBoyu: BilinmirÇəkisi: BilinmirDostları: Həkim Drakken, ŞiqoDüşmənləri: Kim Possibl, Ron Stoppabl, Monik, Ueyd LoadGücü: Sehrli gücü yoxdurLəqəbləri: "Dünyanın ən təhlükəli qolfçusu"Görünüş: İnsanVətəndaşlıq: ABŞMəşğuliyyəti: Dünyanı ələ keçirməkDünya: Pis Daff Killiqan () - "Kim Possibl" serialının mənfi obrazlarından biridir.

Xarakteristika Daff Killiqan ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir.

Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir. Killiqan rəsmi kelt yubkası geyir. Başında Şotland papağı vardır. Killiqan dünyanı bir qolf meydançasına çevirmək istəyir. Bu səbəbdən Killiqan Həkim Drakken ilə əməkdaşılıq edir. Daff Killiqanın evi "Killiqan Adası" adı ilə məşhurdur. Daff Killiqanın ən təhlükəli silahı içi qumbara ilə doldurulmuş qolf topudur.

"Kim Possible: Zamanda mübarizə" seriyasında Daff Killiqan "Dünyada ən təhlükəli kiborq-qolfçu" ləqəbi ilə məşhur idi. Həmin seriyada personajlar keçmişə səyahət edən zaman aydın görünür ki, Daff Killiqan yalnız yatmağı sevirdi. Daff Killiqanın ən təhlükəli rəqibləri Kim Possibl və Ron Stopabl sayılır. Daff Killiqan Kim Possiblı məğlub etmək üçün əlindən gələni edir. Lakin bunu bacara bilmir.

Xarici keçidlər Daff Killiqan Kimpossible.wikia.com

Kateqoriya:Cizgi personajlar Kateqoriya:Kim Possibl

en:List of Kim Possible characters#Duff Killigan fi:Luettelo televisiosarjan Kim Possible hahmoista#Duff Killigan