Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan Şirazi () — Qacarlar dövlətinin xarici işlər naziri, şair.
Həyatı Mirzə Əbülhəsən xan Mirzə Məhəmmədəli xan 1776-cı ildə Şiraz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Fətəli şah Qacara xidmət etmişdi. O, Gülüstan müqaviləsini imzalayan şəxslərdən biridir. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bildirir:
"Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi Qacar dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya ilə Qacar dövləti arasında müqavilə bağlandı. Bu müqaviləyə görə Qacar dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarının, bütün Dağıstanın, Gürcüstanın Rusiya imperiya tərəfindən işğalını tanıdı. Onlar haqqında hər cür iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin".
Mirzə Əbülhəsən xan Şirazi şair idi. Tair təxəllüsü ilə şeir yazırdı.
Mirzə Əbülhəsən xan Şirazi 1846-cı ildə vəfat edib.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax İran Xarici İşlər nazirləri
Xarici keçidlər
Kateqoriya:İran nazirləri Kateqoriya:İran şairləri Kateqoriya:Diplomatlar Kateqoriya:Qəvamlar Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:İranın Birləşmiş Krallıqdakı səfirləri Kateqoriya:Farslar