Keriman Xalis Ece Tamer (; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, TürkiyəHürriyet gazetesi, "İlk Dünya Güzelimiz Keriman Halis vefat etti" haberi 29.01.2012 tarihinde erişildi.) — Türkiyənin ilk "Dünya Gözəli".
Həyatı Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonrakı adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr. Orxan Sanus ilə olmuşdur. Bu evlilikdən Keriman xanımın Səzayi Biltin Sanus adında bir oğlu və Ece Sanus adında qızı dünyaya gəlmişdir. İkinci evliliyi isə məşhur tacirlərdən olan Hasip Tamer bəy ilə olmuşdur. Bu evlilikdən isə Cenk Tamer (iqdisadiyyatçı) dünyaya gəldi. Ən böyük nəvəsi həyat yoldaşının adını daşıyır. Qızı Ece, Orxan Torfilli bəy ilə evlənmiş və Mehmet, Ayşə, Əhməd, Emin adlarında dörd övladı olmuşdur. Keriman Halis pianino ifa edə bilirdi, bundan əlavə olduqca yaxşı yemək bişirə və tikiş tikə bilirdi. Fransız dilini doğma dili kimi bilirdi.
Gözəllik yarışması karyerası
Keriman Xalisin Belçikada qazandığı yarışmanın orijinal adı "International Pageant of Pulchritude" ("Beynəlxalq Gözəllik və Zarafət yarışması") idi. O dönəmin ən prestijli gözəllik yarışması müsabiqəsiydi. Ən qədim müsabiqələrdən olan yarışma bütün ölkələrdə hörmət görürdü. Yarışma "Kainat Gözəllik yarışması" və "Dünya Gözəllik yarışması" olaraq da bilinirdi, yarışmanın birinciləri həm "Zərafət Gözəli", həm "Dünya Gözəli", həm də "Kainat Gözəli" titulları alırdılar. Ancaq yarışma ad dəyişdirib, "Kainat Gözəllik yarışması" olaraq keçirilməyə başlanınca(indiki adı "MİSS Universe"),yeni bir yarışma olaraq dünyaya tanıdıldı və "MİSS Universe" gözəlləri ayrı başlıq altında toplandı. "Dünya Gözəli" titulu da günümüzdə "MİSS World" və "MISS Earth" yarışmaları ilə qarışmaması səbəbiylə geniş olaraq istifadə olunmaqdadır. Bu sahədə Türkiyənin bir tək birincisi olan Keriman Xalisdir.Bu hadisə gənc cümhuriyyət üçün də olduqca vacib idi. Keriman Xalis 1932-ci ildə Türkiyədə dördüncüsü keçirilən gözəllik yarışmasını qazanaraq Belçikaya getdiyində o günə qədər heç bir Türkiyə gözəli dərəcə almamışdı. Xalqın ümidlərini boşa cıxarmayan Keriman Xalis,vətənə döndüyündə "Sirkeci Garı"nda (İstanbulda yerləşən dəmiryol stansiyası) kraliçalar kimi qarşılandığında belə demişdir:
Keriman Xalis,yarışma sonrasında bir türk bayrağının tapılmaması səbəbiylə xalqın şüarlarına cavab verməmiş və bundan sonra metrlərlə parça tapılaraq bayraq orada düzəldilmiş və eyvandan dalğalandırılaraq tamaşaçılara göstərildikdən sonra,onu görməyə gələn xalqı salamlamışdır. Bundan başqa Keriman Xalis,o illərdə ,tünd qəhvəyi göz rənginə ,parlaq uzun qara saçlara,ağappaq bir dəriyə və 165 sm-dən çox boya sahib idi.Doğum ili (1913) dəqiq olaraq bilinməkdədir. Ancaq günü və ayını müəyyən etmək üçün, XX əsrin əvvəllərində Osmanlı İmperiyasında hicri və rumi təqvimlərdən istifadə olunduğunun nəzərə alsaq,bunun miladi təqvimə görə qarşılığı 16 fevral günüdür.
Mustafa Kamal Atatürk bu yarışma sonrasında çıxışında demişdir:
Keriman Xalisə, 1934-cü ildə qəbul edilən "Soyad Qanunu" və gözəllik yarışmasında əldə etmiş olduğu nailiyyətə görə şəxsən M.K.Atatürk tərəfindən kraliça mənasını daşıyan "Ece" soyadı verilmişdir. Bu vaxt Parisdə olan Keriman Xalis M.K.Atatürkə göndərdiyi teleqrafında demişdir:
Keriman Xalis Ecenin illər boyu danışılmaqda olan məşhurluğu və hekayəsi Yaponiyada da heyranlıq yaratmışdır. Belə ki, Yaponiya məktəblərində tədris olunan "Keriman Xalis Hadisəsi" adlanan mövzu vardır. Mövzu, gənc cümhuriyyət illərini yaşayan Türkiyə Cümhuriyyətində 1927-ci ildə türk qadınının uzun müddət sonra kişi hakimiyyətindən və təzyiqindən azad olmasıdır.
İstinadlar
Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:Feriköy məzarlığında dəfn olunanlar Kateqoriya:Miss Türkiyə qalibləri Kateqoriya:Qadın pianoçular Kateqoriya:Türkiyə çərkəzləri