Fatimə bint Əsəd (; ) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası.

Həyatı Fatimə binti Əsəd ibn Haşim ibn Əbdimənaf Qureyşi, Əbu Talib ibn Əbdülmüttəlib ibn Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə binti Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur.Nəhcül-Bəlağə şərhi,İbni Əbilhədid

Əlini dünyaya gətirməsi Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi.Əllamə Əmini,Əlğədir kitabında bu macərani çoxlu sünnü mənbələrindən nəql edib və onu ən məşhur nəqllərdən sayıbdır.

İslam peyğəmbəri Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər. Fatimə onu öz oğlu kimi və hətta ondan da yaxşı bəsləyib və böyütmüşdür. Odur ki, Peyğəmbər onu öz anası kimi xatırlamışdır. Fatimənin vəfatı zamanı, bunun xəbərini Əli, Məhəmmədə yetirdi və dedi: anam Fatimə öldü. Peyğəmbər cavabında dedi: o, yalnız sənin anan deyil, mənim də anam idi.

Torpağa tapşırılması İslam Peyğəmbəri Fatimənin vəfatından çox üzülüb köynəyin onun kəfəni üçün vermişdir və dəfn zamanı onun qəbrinə girmişdir. Peyğəmbərdən bu işinin nədənini soruşmuşlar və o da cavabda demiş:اِنَّهُ لَمْ یَکُنْ أَحَدٌ بَعْدَ أَبِی طالِب أَبَرّ بی مِنْها، اِنَّما أَلْبَسْتُها قَمِیصی لِتُکْتَسی مِن حُلَلِ الْجَنَّة وَ اضْطجعت مَعَها لِیُهَوّن عَلَیها ضغطة القبر.Əmim Əbu Talibdən sonra heç kim onun kimi mənimlə mehriban davranmırdı, buna görə köynəyimi ona geyindirdim ki, cənnət bəzəkləri ilə geyindirilsin və onunla üzüldüm ki, qəbir ağırlıqları ona asan gəlsin.Əli Ələhmədi, "Əl Təbərrük", s.194 (التبرک (علی الأحمدی)، ص۱۹۴.)Əlisabə, c.8, s.60 (الاصابه، ج۸، ص۶۰.)Əl Estiab, c.4, s.382 (الاستیعاب، ج۴، ص۳۸۲.)"Kənzül Ummal", c.6, s.228, hədis: 4049 (کنزالعمال، ج۶، ص۲۲۸، ش۴۰۴۹.)"Vəfaül Vəfa",c. 3,s. 897,898 (وفاء الوفا، ج۳، ص۸۹۷-۸۹۸.)

Ondan sonra Peyğəmbər ona namaz qılıb və onu ağlayaraq qəbrə qoydu və ona söylənirdi:رَحِمَک اللّه یا اُمّی بعد امّی'''

Allah sənə rəhmət eləsin, ey anamdan sonra anam.Tərğib Əhlil Məvəddə vəlvəfa, s.94 (ترغیب اهل المودة والوفاء، ص۹۴.)

Həmçinin bax Əli Fatimə Xədicə Fizzə

Xarici keçidlər Məkarimi Şirazi saytı al-shia saytı 30 dildə

İstinadlar

Kateqoriya:Qadın səhabələr Kateqoriya:Əli Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:VII əsr ərəbləri