Ədalətin missiyası () — 1992-ci ildə döyüş janrında çəkilən filmdir.
Məzmun
Polis vəzifəsində çalışan Kurt Harris küçədə qadını döyən cinayətkarı həbs edir. Lakin sabahısı gün həmin cinayətkar həbsdən buraxılır. Cinayətkar həbsdən çıxan kimi yenidən qadını döyməyə başlayır. Qadının köməyinə yetişən Kurt Harris və dostu Titus cinayətkarı öldürür. Lakin qadın ağır zərbələrdən ölür. Bu hadisədən sonra Kurt polis məntəqəsinin rəhbəri ilə mübahisə edir və ona zərbə endirərərk işdən könüllü surətdə azad edilir. Amma polis məntəqəsindən başqa şəhərdə küçələrin nəzarəti ilə məşğul olan xüsusi təşkilat vardır. Təşkilat rəhbəri Reyçel Larkin şəhər Meri olmaq niyyətindədir. Kurt yaxın dostu öldürüldükdən sonra bu işi araşdırmaq üçün təşkilata qatılır…
Rollarda Ad Rol Ceff Uinkott Kurt Harris Brigitta Nilsen Reyçel Larkin Karen Şeperd Titus Larkin Mattias Hyuz Lin Stil Ceyms Lyu Akiro Toni Börton Sedrik Vilyams Luka Berkoviçi Rocer Stoukell
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri