Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım () — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" () kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir.

Məzmun Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır. Bu hərbi düşərgənin rəhbəri isə başqalarına əzab verərəkbundan həzz alan sadist Yuri adında sovet polkovnikdir. Gənc kikboksçular hərbi düşərgəyə getməyə məcbur olurlar...

Rollarda Ad Rol Loren Avedon Skott Uild Sintiya Rotrok Terri Mattias Hyuz Yuri Maks Teye Mak Cervis Patra Uanthivanond Sulin Nguyen Hvan Çjon Ri Ti

Xarici keçidlər

Film haqqında (Fransızca) Interview with Loren Avedon at cityonfire.com

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Honkonqun döyüş filmləri