Ərtoğrul Qazi və ya Ərtoğrul bəy () — Oğuz türklərinin Qayı boyunun başçısı, Osmanlı imperiyasının qurucusu Osman Qazinin atası. Adının mənası belə təsvir edilir ki, türk dilində "ər" sözünün mənası "kişi, əsgər və ya qəhrəman", toğrul isə dirilişin simvolu olan nəhəng quruluşlu simurq quşudur. Beləliklə, Ərtoğrul adının mənası "Qəhrəman yırtıcı quş, toğrul" kimi təsvir edilə bilər. Ərtoğrul 1191-ci ildə anadan olmuş, 1281-ci ildə Anadoluda, Söğütdə vəfat etmişdir.

Ərtoğrulun 24 tayfadan ibarət Oğuz türklərinin Qayı boyundan və bəy nəslindən olması, atasının və babalarının da bəy olması və onun sünniliyin hənəfi məzhəbindən olması təsdiqlənmiş məlumatdır.

Ərtoğrulun varlığı atasının adının "Ərtoğrul" olaraq qeyd edildiyi oğlu Osmanın zərb etdiyi sikkələrlə tarixən sübuta yetirilsə də, onun həyatı və fəaliyyəti ilə bağlı bundan başqa heç nə dəqiqliklə bilinmir.

Amma Osmanlı mənbələrinə əsasən Ərtoğrul Şərqi İrandan Anadoluya qaçan Oğuz türklərinin Qayı tayfasının başçısı Süleyman Şahın oğludur. Ərtoğrulun başqa bir fərziyyəyə əsasən, soy ağacı belədir: o, Gündüz alpın oğlu, Qaya alpın nəvəsi, Göyalpın nəticəsi, Sarkuk alpın kötücəsi və Qayı alpın bitikcəsi olaraq qeyd olunur, tayfa adını Qayı alpın adından almışdır.

Osmanlı mənbələrinə görə, Ərtoğrul və tərəfdarları atasının ölümündən sonra Anadolu Səlcuqlu dövlətinə xidmət etməyə başladılar və o, Söğüt adlanan ərazi üzərində hökmranlıqla mükafatlandırıldı. O dövrdə, bu yer Bizans imperiyası ilə sərhəddə yerləşirdi. Bu, Osmanlı bəyliyinin qurulmasına səbəb olan bir sıra tarixi hadisələrə macal verdi.

Ərtoğrul, oğlu Osman və onlardan sonra gələn övladlar tez-tez "Qazi" titulu ilə qeyd edilir, bu, İslamın şərəfini yüksəltmək üçün döyüşçü olan mücahidlərə verilən addır.

Tarixi mənbələr Müasiri olan İslam və Bizans mənbələri Ərtoğruldan bəhs etmir, məsələn, Bizans tarixçisi Georgius Paximeres (təxminən 1242–1310) mənbələrində ondan bəhs etməmişdir. İbn Bətutə və Bizans imperatoru VI İoann Kantakuzin kimi şəxslər də ondan bəhs etməmişlər. VI İoann Kantakuzin 1335–1347-ci illərdə Bizans imperatoru kimi hökm sürmüş, sonra taxtdan salınmış və rahib kimi yaşamışdır. 15-ci əsrə aid ilk Osmanlı qeydlərində Ərtoğrulun həyatının yazılı təfərrüatları var, lakin, bəzi tarixçilərin fikrinə görə, bu, tarixi mənbədən çox mifik təəssürat oyadan bir sənəddir.

Teymurilər dövlətinin banisi Əmir Teymur 1402-ci ildə Anadoluya hücum edərkən Osmanlı mənbələrini və sənədlərini yandırdı. Ona görə də, 1299–1402-ci illər arasında, yəni, Osmanlı imperiyasının quruluşundan Əmir Teymurun hücumuna qədər olan dövrə aid çox az sayda rəsmi tarixi sənədlər qorunub saxlanılmışdır. left|thumb|270x270px|Ərtoğrul Qazinin və Gündüz Alpın adı çəkilmiş, Osman bəyin zərb etdirdiyi Osmanlı sikkəsi Ərtoğrulun adının ilk dəfə sultan İldırım Bəyazidin Əmir Teymura məktubunda qeyd edildiyi güman edilir. Daha sonra, Ərtoğrulun adı və atası olaraq qeyd olunan Gündüz alpın adı yazılmış I Osmanın dövrünə aid olan Osmanlı sikkələri kimi daha qədim mənbələr də aşkar edilmişdir. Sikkə İstanbul Arxeologiya Muzeyində saxlanılır. Sikkənin ön tərəfində "Ərtoğrul oğlu Osman", arxa tərəfində isə "Gündüz Alp oğlu Ərtoğrul oğlu Osman" sözləri həkk edilmişdir. Buna baxmayaraq, digər mənbələrə istinad edərək onun atasının Süleyman şah və ya Gündüz alp olması ilə bağlı tərəddüdlərin olduğunu, tarixçilər arasında mübahisə getdiyini və beləliklə, Ərtoğrulun atasının adının mübahisəli olduğunu görmək olar.

Bu vaxta qədər Ərtoğrulla bağlı mövcud olan ən qədim mənbəyə gəlincə, bu, Söğütdə torpaqların "Ərtoğrulun canı üçün" verildiyini yazan Torpaq Reyestri sənədidir.

Həyatı Ərtoğrul bəy Qərbi Asiya düzənliklərindən Anadoluya köçən köçəri türk tayfalarından olan Qayı boyunun başçısı olan Süleyman Şahın oğlu idi. Atası öz obasını Anadoluya köçürmək istəyən zaman Fərat çayını keçməyə çalışarkən vəfat etmiş və indiki Türkiyənin Mardin şəhərindən 250 km cənub-qərbdə, Caber qalası yaxınlığında dəfn edilmişdir və məzarı hələ də orada, adına tikilmiş Süleyman Şah türbəsinin içindədir.

Ərtoğrul Bizans imperiyası ilə və eləcə də, ona qarşı fəaliyyət göstərən tayfalar ilə bir çox döyüşlərdə iştirak etmiş və fərqlənmişdi. Bu döyüşlər Hicrətdən 7 əsr sonra baş vermişdi. Döyüşlərdən birində fərqlənən Ərtoğrul Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubadla tanış oldu. Sultan I Əlaəddin Keyqubad Ərtoğrulun döyüşlərdə ona köməyini dəyərləndirərək ona bir neçə vilayət və şəhəri tabe etdi, qonşularla olan müharibələrdə o, Ərtoğrulun köməyindən asılı vəziyyətə düşdü. Əlaəddin hər qələbədən sonra yeni torpaqlar alıb ona külli miqdarda pul verir, sonra da hər zaman qoşunların başında olduğu və tam qələbə qazandığı üçün tayfasını "Sultanın cəbhəsi" adlandırırdı.

Qayı boyu Bu tayfanın siyasi həyatının ilk illəri sirrlə örtülmüşdür və ona aid olan məlumatlar faktlardan çox əfsanəyə istinad edir. Qayı boyuyla bağlı məlum olanlar bunlardır:

Gündüz Alpın (Süleyman Şahın atası) dövründə tayfanın yaşadığı ərazi Dəclə və Fərat arasında olan torpaqlara və adı çəkilən 2 çayın adalarına qədər genişlənmişdir. Tayfanın əhalisi Şərqi Anadolu bölgəsində, Əhlət rayonu yaxınlığındakı otlaq ərazilərdə yaşamış və fəaliyyətlərinə davam etmişdir. Daha sonra Gündüz Alp öz qəbiləsinin Dəclə hövzəsinə köçürülməsindən 1 il sonra vəfat etdi, buna görə də tayfaya əvvəlcə oğlu Süleyman Şah, sonra nəvəsi Ərtoğrul başçılıq etdi. Qayı qəbiləsinin yaşadığı yerlərdə bu qəbilədən olan Osmanlı xanədanının əcdadlarının basdırıldığı çoxlu qəbirlər yerləşir. Ərtoğrul öz qəbiləsi ilə Rum sultanlığı ilə Xarəzmşahlar arasında döyüşlərə səhnə olan Ərzincan şəhərinə getdi və beləliklə, Konyanın sultanı I Əlaəddin Keyqubada xidmətə başladı.thumb|320x320px|Kiçik Asiya ilə əlaqədar olaraq Anadolunun yerləşdiyi ərazi (xəritənin xüsusi işarələnmiş hissəsi)

Mövcud məlumatlara görə, bu qəbilə Cəlaləddin Mənguberdinin müharibələri nəticəsində bölgənin şahid olduğu hərbi təzyiqlə bağlı təxminən 1229-cu ildə Əhləti tərk etmiş və Dəclə çayına doğru irəliləmişdir.

Qayı tayfası kiçik olmasına baxmayaraq, monqolların istila etdiyi bölgələrdən, Anadolunun cənub və cənub-qərbində yerləşən güclü türkmən tayfalarının təsirindən uzaq olması və Bizans imperiyası ilə Monqol imperiyasını birləşdirən mühüm ticarət yollarının yaxınlığında yerləşməsi ilə seçilirdi. Qərbdə Bizans bölgələri ilə şərqdə monqolların nəzarətində olan bölgələrin olması bu tayfaya böyük təhlükə gətirirdi. Belə ki, bu tayfa iki güclü dövlətin arasında varlığını davam etdirən yeganə bəylik idi. Buna görə də, Qayı tayfasının ərazilərinə romalılar və monqollardan xilas olmağa çalışan türkmənlər, dərvişlər və fermerlər gəlirdi.

Ərtoğrulun əcdadlarının Qayı boyuna başçılığı Ənənəvi rəvayətlərə görə, Ərtoğrulun əcdadları Anadolunun ilk fəthi zamanı Əhlətə köçmüş, Səlcuqlu sultanları Toğrul bəy və Alp Arslanın dövründə Anadolunun fəthində və bir sıra döyüşlərdə iştirak etmişlər. Sonralar Ərmənşahlar bəyliyi və Trabzon imperiyasına qarşı müharibələr etdilər. XIII əsrin əvvəllərində Əhlət Əyyubilərin hakimiyyəti altına keçdi.

Monqolların qərbə doğru yayılması ilə birlikdə Ərtoğrulun əcdadları Əhlət bölgəsindən ayrılaraq Mardinə köçmüş və burada yenə Qayı tayfasına mənsub olan Artuqlu bəyliyi ilə ittifaq qurmuşlar. Monqollar Mardini də işğal edib yağmalamağa başlayanda Gündüz Alp türk qəbiləsi ilə birlikdə Anadoluya, xüsusilə Ərzurum bölgəsində yerləşən Pasinlər ərazisinə köçdü. Bir rəvayətə görə də, Pasinlərdə Gündüz Alpın (və ya Süleyman Şah) ölümündən sonra Ərtoğrul Qayı boyunun yeni rəisi olmuşdur. Monqolların istilası zamanı Anadolu bəyliklərindən olan Gərmiyanoğulları bəyliyi Malatyadan Kütahyaya köç etmişdir.

Ərtoğrulun başçılığı ilə Qayı boyu 1227-ci ildə monqol hücumları səbəbindən Kiçik Asiyaya (Anadoluya) köç edən Oğuz türkmənlərinin Qayı tayfasının başçısı olan Ərtoğrulun 1191-ci ildə doğulduğunu nəzərə alsaq, bilmək olar ki, Ərtoğrul bəy Qayı boyunun başçısı olduğu zaman 36 yaşında olmuşdur. Onların Anadoluya gəlişi eramızın 1234–1235-ci illərinə təsadüf edir.

Ərtoğrul Konyada Səlcuq sultanlarına tabe olan "sərhəd qubernatoru" mənasını verən "ucbəyi" oldu, ona həmçinin, "sərhəd şahzadəsi" titulu verildi və o, bu adla tanınan yerli hökmdarlardan biri oldu. Bu rütbənin verilməsi Səlcuqluların adət-ənənələrinə uyğun idi, yəni bir çox qələbələr qazanmış və hər kəsin əmrini yerinə yetirdiyi hər hansı qəbilə başçısına və ya ona bağlı olan bir sıra xırda tayfaların başçısına "ucbəyi" titulu verilirdi.

Ərtoğrul monqollara qarşı Səlcuqlu müharibələrində iştirak etmiş, Bizans torpaqlarına hücumlar həyata keçirmişdir. Rum səlcuqlarına Bizansla müharibələrində göstərdiyi köməklik nəticəsində Ərtoğrul Səlcuqlu sultanı Əlaəddindən Ankara yaxınlığındakı dağlıq ərazidəki torpaqları aldı, beləliklə, bu torpağın verilməsi Ərtoğrulun işğalçı qüvvələri sıxışdırması, döyüşdən sonra gizli fəaliyyət göstərən Bizans əsgərləri və ya hər hansı qrup tərəfindən bölgədə baş verən üsyanın yatırılması müqabilində bir hədiyyə oldu.

Bundan sonra Ərtoğrul bəy 1231-ci ildə Kütahyaya yaxın olan Biləcik vilayətinə bağlı olan Söğüt kəndini də nəzarət altına aldığı ərazilərə qataraq öz bəyliyini qurdu. Söğüt kəndi 1299-cu ildə Ərtoğrul bəyin oğlu sultan I Osmanın idarəsi altında qurulmuş olan Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. Ərtoğrul bəyin dövründə qəbilənin əhalisi 400 çadıra qədər olmuşdur. Əhalinin sayı qadınlar və uşaqlar da daxil olmaqla 4000-i keçməzdi. Bu insanlar dövlətin əsasını təşkil edənlər və sonradan dövlətin tabeliyinə daxil olanlar idilər. Ərtoğrul Qazinin yarım əsr boyunca fəth etdiyi torpaqlar genişləyəndə onun torpaqlarına təkcə türkmənlər köçməmişdir. Fəthlərin nəticəsi olaraq təbəəsi arasında romalı xristianlar da olmuşdur.

Səlcuqlularla əlaqəsi Ənənəvi rəvayətlərə görə, Monqol hücumları Pasinlər bölgəsinə də çatdıqdan sonra Ərtoğrul bəy qardaşı Dündar bəy ilə qərbə doğru hərəkət etsələr də, qardaşları Sunqur Təkin və Gündoğdu bəy Əhlətə qayıtdılar. Ərtoğrul və qardaşı Dündar bəyin Sivas şəhərinin yaxınlığında Səlcuqluların yanında və monqollara qarşı yer alacaqları bir müharibə ilə qarşı qarşıya qaldıqları, müharibədə iştirak etdikləri və müharibədə zəfərlərinin səbəbi olan səlcuqluları dəstəklədiklərindən danışılır. Bu müharibələrdən bəhs edən tək mənbə Osmanlı tarixçisi Mehmet Nəşrinin "Cahannamə" ("Cihannüma") kitabıdır. Ancaq tarixçilərə görə müharibə Anadolu Səlcuqlu dövlətinin sultanı I Əlaəddin Keyqubad ilə Xarəzmşahlar arasında 1230-cu ildə baş vermiş Yassı Çəmən müharibəsi ola bilər. Tarixçilər onu təsdiqləyirlər ki, Sultan Əlaəddin 1230-cu ildə Ərtoğrulun tayfası ilə birlikdə yaşayacağı indiki Ankara şəhərinin yaxınlığında yerləşən Qaracadağ dağının ətəklərində yerləşən bir bölgəni Ərtoğrul bəyə tabe etmişdir. left|thumb|229x229px|Qayı boyunun damğası Ərtoğrul bəy Şərqi Anadolu regionunda yerləşən Qaracadağ dağının ətəklərində bir müddət qaldıqdan sonra oğlu Savcı bəyi yeni bir bölgədə istiqrar tələb etməsi üçün Sultan Əlaəddin Keyqubadın hüzuruna göndərdi. Osmanlı mənbələrinə görə Ərtoğrul bəy bu icazəni alaraq bəyliyinin əhalisi ilə birlikdə Sakarya yaxınlığında yerləşən Söğüt bölgəsinin ətrafına köçərək bura yerləşdi.

Anadoluya və Söğütə yerləşdikdən sonra