Məzmun Tammetrajlı sənədli film Azərbaycanın görkəmli sənətkarı, yazıçı və dramaturq, ssenarist və kinorejissor Rüstəm İbrahimbəyova həsr olunmuşdur. Burada aşpaz Makedon Əliyev vaxtilə ad gününü necə keçirməsi haqqında xatirəsini söyləyir. Müxtəlif sənət adamları-kinorejissorlardan Nikita Mixalkov, Tamara Kamalova, Ruslan Şahmalıyev, kinodramaturq Ramiz Fətəliyev, kinooperator Vaqif Behbudov, rəssam Fikrət Bağırov, R.İbahrimbəyov barədə söz deyirlər. Rüstəm müəllim düşüncələrini tamaşaçılarla bölüşür. Biz onu filmlərin çəkilişi vaxtı, Azərbaycan Kinematoqrafçılar İttifaqında iş zamanı görürük. Onun ssenariləri əsasında yaradılmış filmlərdən fraqmentlər nümayiş etdirilir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Böyükağa Məmmədov Ssenari müəllifi: Arif Əliyev Operator: Adil Abbasov Bəstəkar: C.Qarayev Səs rejissoru: Cavanşir Cavadov
Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı sənədli televiziya filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Rüstəm İbrahimbəyov