Düzgü — uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir

Son vaxtlar düzgülər "Təkərləmə" adı ilə də təqdim olunur.

Düzgülər

Üşüdüm ha, üşüdüm Üşüdüm ha, üşüdüm, Dağdan alma daşıdım. Almacığım aldılar Məni quyuya saldılar. Cürümçülər gəldilər, Mənə cürüm verdilər. Mən cürümdən bezaram, Dərin quyuya qazaram. Dərin quyu beş keçi, Hanı bunun erkəci? Erkəc qaya başında, Hay elədim gəlmədi, Çiyit verdim yemədi. Çiyit qazanda qaynar, Qənbər bucaqda oynar.

Xarici keçidlər Ustub idi, ha ustub idi… (düzgü) Beşdi-beşdi ha beşdi… (düzgü) Ay afərin gül oğlum…(düzgü)

Kateqoriya:Şifahi xalq ədəbiyyatının janrları